Sunday, July 22, 2012


ANA VƏ KÖRPƏ

Uşaqların yaş dövlərinin xüsusiyətləri III hissə - Erkən məktəbəqədər yaş dövrü

22.07.2012 06:03
Erkən məktəbəqədər yaş dövrü
3 yaşdan 6 yaşadək davam edir. Bu zaman uşaqda psixi funksiyaların inkişafı- təxəyyül formalaşması, insani münasibətlərə ümumi fikir,bələdləşmə əmələ gəlməsi, tabeçilik və idarəetməyə şüurlu münasibət yaranır, ümumi motorikanın, nitqin və bütövlükdə şəxsiyyətin intensiv inkişafı gedir.Bu dövrdə aparıcı fəaliyyət növü oyundur. Oyun zamanı abstrakt təfəkkürün əsası qoyulur (məsələn, qutunu qarşısına qoyub, televizora baxır) . Məktəbəqədər dövr özünüdərketmə, qiymətləndirmə, etik normaların yaranması, bütövlükdə şəxsiyyətin formalaşması dövrüdür. Həmin dövrdə ictimai baxımdan əhəmiyyətli və qiymətləndirilən fəaliyyət uşağın artıq məktəbə hazır olmasını göstərir.

KINO

Bir addım irəli 4 3D

22.07.2012 05:57
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Skott Spir
Rollarda: Adam C., Sevani Ketrin, MakKormik Rayan, Quzman Stiven
Janr: drama, melodrama, musiqili
Sürəklilik: 02:00:00
Yaş məhdudiyyəti: 13 yaşa qədər

Nüfuzlu biznesmenin qızı Emili, peşəkar rəqqas olmaq üçün, Mayamiyə gəlir, lakin burada o Şona vurulur. O, musiqili fleşmoblar keçirən rəqs qrupuna rəhbərlik edir. MOB adlı dəstə, böyük pul mükafatı olan müsabiqədə iştirak edir. Bu zaman, Emilinin atası, rəqqasların sevimli rayonunu məhv etmək və sakinləri köçürmək istəyir. Emili rəqqaslara qoşulur. Öz arzularını təhlükəyə ataraq, o daha vacib şey uğurunda vuruşur.
26 iyuldan etibarən şəhərimizin kinoteatrlarında

KULINARIYA

Pomidor şorbası

22.07.2012 05:48
İçindəkilər:

- 6 ədəd pomidor
- 150 qr un
- 2 kartof
- quru nanə
- duru yağ

Hazırlanması:

Pomidorların qabığını soyun. Onları blenderdən keçirdin. 2 qaşıq unu azca duru yağda qızardın. Əzilmiş pomidorları unun üzərinə əlavə edin. 4 stəkan su tökün və qaynamağa qoyun. Kartofları soyun və qaynayan şorbaya əlavə edin. Yarım stəkan unu suda həll edin və qaynayan şorbaya əlavə edin. Hazır şorbanı blenderdən keçirdin, duz-istiot, quru nanə qatın. Süfrəyə verərkən üzərinə sürtgəcdən keçirilmiş pendir, yanına isə  kvadrat formasında kəsilmiş və qızardılmış çörək qoyun.
Nuş olsun!

STAR STYLE

Victoria Beckham style

22.07.2012 05:34
Keçmiş müğənni yeni modelyer Victoria Beckhamhər dəfə qüsursuz görünüşü ilə bizləri valeh edir. Victoriyanın uzunboğaz ayaqqabıları Tom Fordmarkasına, çantası isə özünün istehsalı olan Victoria Beckham brendinə aiddir.

MƏŞHURLAR

Murat Ünalmış və Bircə Akalay barışdı

22.07.2012 05:19
Evliliklərinin 11-ci ayında boşanma qərarə alan cütlük bu ayrılığa çox dayana bilmədi. Boşanma ərəfəsində belə Bircəni hələ də sevdiyini verdiyi müsahibələrində vurğulayan Murat Ünalmış bu səfər də Hürriyət qəzetinə müsahibə verdi. "Bəli barışdığımız doğrudur. Aramızdakı problemləri həll etdik, o mənin sevgilim yox, həyat yoldaşımdır.- dedi"

MƏŞHURLAR

Angelina Jolidən valideyn vetosu

22.07.2012 05:10
Angelina Joli uşaqlarına Rihannanın mahnılarına qulaq asmağı qadağan edib. 6 uşaq anası olanAnjelina Joli uşaqlarının (xüsusən də Şaylonun) geyiminə qarışmasa da, övladlarının dinlədikləri musiqi, ziyarət etdikləri internet səhifələr kəskin nəzarət altındadır. Bu yaxınlarda oğlu Paks Rihannanın "Birthday Cake" mahnısını zümüzümə edərkən anasının səbr kasası daşıb və ulduz uşaqlarına Rihannanın mahnılarına qulaq asmağı qadağan edib. Bir çox Hollywood ulduzu kimi o da, uşaqlarının özü etdiyi səhvləri təkrarlamasını istəmir.

ANA VƏ KÖRPƏ

Uşaqların yaş dövlərinin xüsusiyətləri II hissə - Körpəlik dövrü

21.07.2012 06:01
Körpəlik dövrü
1 yaşdan 3 yaşadək davam edir. Bu dövr üçün aparıcı fəaliyyət əşyavi- manipuliyativ fəaliyyiətdir. Bu yaşda dərk etmə və hərəki fəallıq sürətlə inkişaf edərək, yeni ünsiyyət vasitəsi - nitq tələb edir. Əşyaları mənaca adlandırır, böyüklərlə ünsiyyət zamanı cəmiyyət tərəfindən işlənib hazirlanmış hərəkət tərzlərinə yiyələnir. Situativ sözlərdən, əşyalarla əlaqələndirilmiş sözlərə və cümlələrə keçir. Bu dövrdə həm də,əyani-əməli təfəkkür inkişaf edir,uşaq “Mən” – i formalaşır. Beləki, əşyaların vəziyyətini nəzərə alaraq, “Mən özüm” situasiyasını yaradır.

MODA

Versace- zamanı unut

21.07.2012 05:58
Versace brendinin yeni saat kolleksiyası olan"Versace Vanity" ilə zamanı unutmamaq qeyri mümkündür. Hər bir məclisə uyğun olan saatı bu kolleksiyadan seçmək olduqca rahatdır. Çünkü zəngin rəng çalarlı-püstə yaşılından tutmuş zərif çəhrayıya qədər olan bu saatlar zövq və kübarlığın vəhdətidir. Bəlkə elə buna görədir ki, bu qədər qısa zaman kəsiyi ərzində modabazların bütün Wish-səhifələrində özünə hər kateqoriyada yer edib. Timsah dərisi və paslanmayan poladla yanaşı bu saatların kəmərlərinin çəhrayı qızıldan olan versiyaları da var. 
Bu saatlarla siz qatıldığınız hər məclisdə trend görünüşə sahib olacaqsınız.


KULINARIYA

Ezo-Gelin şorbası

21.07.2012 02:59
İçindəkilər:

-100 qr qırmızı mərci
-100 qr yumru düyü
-1 ədəd soğan
-1 yemək qaşığı tomat pastası
-1 yemək qaşığı un
-1 yemək qaşığı quru nanə
- 1 çay qaşığı qırmızı istiot
-7 stəkan su
-100 qr kərə yağı

Hazırlanması:

Soğanları çox kiçik kvatratlar şəklində doğrayın, qazanda qızardın. Mərci, yarma və düyünü əlavə edərək biraz da qovurun. 5 stəkan su tökün və qaynamağa qoyun. Başqa bir qazanda kərə yağında unu qovurun, üstünə tomat əlavə edin istiot və nanəni əlavə edərək qarışdırın. 2 stəkan su əlavə edin sonra bu qarışığı digər qazana əlavə edin. Hamısını birlikdə blenderdən keçirdin.
Nuş olsun!

KINO

Kosmopolis

21.07.2012 02:01
Ölkə: Kanada, Fransa, İtaliya, Portuqaliya
İl: 2012
Rejissor: David Krononberq
Rollarda: Robert Pattison, Julyet Binoş, Sara Qadon, Matye Amalrik
Janr: drama
Sürəklilik: 02:00:00
Yaş məhdudiyyəti: 16 yaşa qədər
Həyat yoldaşına xəyanət edən, hücuma məruz qalan və bir anda bütün var-dövlətini itirən, 28 yaşlı milyarder-maliyyəçi Erik Peker haqqında əhvalat. Filmdə olan hadisələr bir gün ərizində Manhettendə cərəyan edir.
Şəhərimizin kinoteatrlarında

MODA

Dear Dior High Jewellery

20.07.2012 15:11
Dior zərgərlik evinin kreativ direktoru Viktuar de Kastellan əmindir ki, bəzək əşyalarındakı daş-qaşların qiyməti onların hansı naxışla düzülməsi və kim tərəfindən taxılması ilə öçülməlidir. Amma buna baxmayaraq Dior bu dəfəki kolleksiyasındada brilliyant, zümrüd, yaqut, sapfir kimi qiymətli daşlardan istifadə etmişdir. " Dear Dior High Jewellery " kolleksyası həqiqətən də zövqlü zərgər işidir. Seçilmiş rənglərin və naxışların zərifliyi, xaotik və eyni zamanda həmdə incə səliqəyə malik olan bu bər-bəzəklər hər xanımın arzusudur

ANA VƏ KÖRPƏ

Uşaqların yaş dövlərinin xüsusiyətləri I hissə -Çağalıq dövrü

20.07.2012 14:46
Yaş dövrlərinin xüsusiyyətləri
Yaş dövləri uşaq psixalogiyasının ən mühim və hələ lazimi səviyyədə araşdırılmamış problemlərindəndir. Onun düzgün müəyyənləşdirilməsi hər bir dövrdə müvaffiq təlim- tərbiyyə işlərinin aparılmasına imkan yaradır.
İnkişaf fasiləsiz, dayanmadan davam etdiyinə görə bir yaş dövrünün yaxud digərinin nə vaxt başlanmasını dəqiq müəyyənləşdirmək çətindir. Amma inkişaf fərdi planda qeyri bərabər-diskret gedə bilir, onun cərəyanı, gedişi sürətlənə, arta və azala bilir, keyfiyyət fərqi nəzərə çarpır. Lakin fərdi xüsusiyyətlərdən aslı olmayaraq qanunauyğunluq belədir; uşaq inkişafın bütün mərhələlərini ardıcıl və fasiləsiz keçir.
Fərdi inkişaf prosesi (ontogenez) iki mərhələdən keçir. İlkin mərhələ döl ana bətnində inkişafı dövrünü əhatə edir və o, antenatal (prenatal) ontogenetik inkişaf adlanır. Digər mərhələ isə uşağın anadan olandan ömrünün sonunadək olan müddətdirki, ona postnatal ontogenetik inkişaf deyilir.
Uşağın anadan gəlmə prosesi böhran və güclü stress kimi qiymətləndirilir,çünki dölün ana ilə qan əlaqəsi kəsilir və ona yad olan mühitə düşür. Uşağın ilk günlərdə çəkisini itirməsi orqanizmin bütün fizioloji mexanizmlərinin yenidən qurulması, yeni şəraitə uyğunlaşmasını göstərir.
Uşağın inkişafının ayrı- ayrı mərhələlərində psixikanın müxtəlif istiqamətlərdə inkişafı üçün daha əlverişli şərait yaranır. Psixi fəaliyyətin güclənməsi üçün optimal vaxt mövcuddur. Belə yaş dövrləri psixi xüsusiyyət və keyfiyyətın inkişafı üçün nisbətən əlverişli olarsa, həmin
dövrləri sensitiv dövrlər adlandırmaq olar. Məsələn, nitqin inkişafı üçün 1 yaşdan 5 yaşa qədərki dövr, riyazi qabiliyyətlərin formalaşması üçün 15-20 yaş sensitiv dövr hesab olunur.

Çağalıq dövrü
Uşağın anadan olduğu andan 1 yaşadək. Bu dövr üçün aparıcı fəaliyyət növü böyüklərlə bilavasitə emosional ünsiyyətdir. Bu ünsiyyətin daxilində və onun fonunda görmə, eşitmə,əzələ-hərəkəti hissiyatlarla nizamlanan sensomotor və səmti hərəkətlər yaranır. Bu yaş dovrünün ən mühüm cəhəti uşağü əhatə edənlərlə ünsiyyətə və emosional əlaqələrə ehtiyac duymasıdır. Əgər belə ünsiyyət vaxtında təmin edilmərsə, onda uşağın psixi inkişafı ləngiyir.
Uşaq ayaq açan zaman ünsiyyət və özü üçün yeniliklər açmaq imkanları genişlənir və məhz bu vaxt 1 yaş böhranını keçirir.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Chanel-dən səma kolleksiyası

20.07.2012 14:35
Açıq mavidən tünd göyə qədər bütün rəngləri özündə cəmləyən "Blue Illusion De Chanel" kolleksiyası artıq təqdim olundu. Krem göz kölgələri Illision D'Ombre-nin, dırnaq boyası "Le Vernis"in, göz qələmi "Le Crayon Khol"un yeni çalarları sizi valeh edəcək.

MODA

Rado saatlarının yeni kolleksiyası

20.07.2012 13:56
İlk modeli hələ 1962-ci ildə buraxılmış D-star kolleksiyası Rado markasının vizit kartıdır. Çox sevilən bu D-star modellərini marka 2 rəngdə- ağ və qara rənglərdə buraxmışdır. İlk kolleksiyadan fərqli olaraq bu səfər saatlar high-tech keramikasından hazırlanmışdır. Saatın görünüşünün böyüklüyü sizi çaşdırmasın, bu saatın digər bir özəlliyi həddindən artıq yüngül olmasıdırş Belə ki, siz qolunuzda onu hiss etməyəcəksiniz.

Wednesday, July 18, 2012


KULINARIYA

Yuxada çöp şiş kotlet

17.07.2012 15:41
İçindəkilər:

- 2 ədəd yuxa
- 500 qr qiymə
- 1 ədəd soğan
- 2 dilim boyat çörək
- 1 çay qaşığı döyülmüş cirə
- 100 qr qoz
- 1 yemək qaşığı tomat pastası
- duz istiot

Hazırlanması: 

Çəkilmiş ətin üzərinə çörəyi, qozu və sürtgəcdən keçirilmiş soğanı əlavə edin. Duz-istiotu da tökərək yoğurun. Yuxaların içini yağlayın sonra hazır əti onun içinə rulon şəklində qoyun. Yuxanı bükün və sonra dilimləyin. Dilimləri çöplərə keçirərək, yağlı tavanın içində isti sobada 20 dəqiqə bişirin. Bişdikdən sonra üzərinə sumaq səpin və isti-isti süfrəyə verin.
Nuş olsun.

KINO

Roma macəraları

17.07.2012 15:23
Ölkə: ABŞ, İtaliya, İspaniya
İl: ABŞ, İtaliya, İspaniya
Rejissor: Vudi Allen
Rollarda: Vudi Allen, Alek Bolduin, Roberto Benini, Penelopa Krus
Janr: komediya
Sürəklilik: 02:00:00
Yaş məhdudiyyəti: 16 yaşa qədər
Film dörd hissədən ibarətdir, iki hissəsi italyan dilində italyanlardan bəhs edir, digərləri isə, ingilis dilində, Əbədi Şəhərdə amerikalıların sərgüzəştlərinə həsr edilib...
Şəhərimizin kinoteatrlarında.

MODA

Versace-Atelier kolleksiyası

17.07.2012 15:19
Dünyanın ən məhşur brendlərindən olan "Versace" moda evi yeni "Atelier" kolleksiyasının təqdimat mərasimini keçirdi. Bu kolleksiyaya brilliyant, zümrüd, sapfir, ametist, akvamarin və sitrinlərlə bəzədilmiş üzüklər daxildir. Bu üzüklər hamısı təmiz əl işi olmaqla yanaşı sadəcə bir ekzemplyardır. Onları əldə etmək istəyənlər yenidən eyni modeldən sifariş verməlidilər.

STAR STYLE

Rihanna Style

17.07.2012 15:06
İmic dəyişmə sürətinə çatmaq qeyri mümkün olan Rihanna yenə də yeni görünüşü ilə qarşımızdadır. Ulduzun çantası "Celine" markasına, ayaqqabları isə "Tom Ford" brendinə aiddir. Qeyri-adi bəzək əşyaları da diqqətlərdən yayınmamışdır. Belə ki, ulduzun üzüyü "Sydney Evan" brendinin, qolbağı isə  "Me & Zena" markasının etiketini daşıyır.

MODA

Balaca dostunuz- Cartier klaçtları

17.07.2012 14:23
"Cartier" brendinin adı gəldikdə biz sözsüz ki, zərgərlik işlərini xatırlayırıq. Amma göründüyü kimi bu marka təkcə ləl cəvahiratla deyil gözəl, xırda aksesuarları ilə də bizi bəzəyə bilər."Cartier"in təqdim etdiyi yeni klaçt kolleksiyası bir-birindən fərqli, bir bririndən gözəl çanta-klatçları moda həvəskarlarına xüsusi zövq verəcək. Müxtəlif materiallardan- Piton dərisi, ipək, lak, krujeva, hazırlanan bu çantaların ağzı oniks və brilliyantlarla bəzədilmiş incə gümüş qıfılla bağlanır.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Dolce & Gabbana: Yay sürprizi

17.07.2012 14:14
Dolce & Gabbana brendi ətirsevənlərinə yeni bir yay sürprizi etdi. "Velvet Collection" adlanan və 6 yeni ətirdən ibarət olan parfum kolleksiyasını təqdim edən  dizaynerlər qeyd edirlər ki, bu ətirlərin yaranmasında ilhamverici qüvvə elə məhz onların ikisidir. Kolleksiyaya daxil olan hər ətirin qutusu qara məxmərlə örtülmüşdür.

ANA VƏ KÖRPƏ

Körpənin ilk dişləri (II hissə)

11.06.2012 16:20
DİŞ ÇIXARKƏN NƏLƏR ETMƏLİ?
Onlarla sınanmış müalicə üsulu vardır. Bəziləri işə yarayar, bəziləri yaramaz. Aşağıdakılardan bəzilərini siz də təcrübə edə bilərsiniz:

Dişləyəcək bir şeylər vermək: Burada qida dəyərindən çox diş ətlərindəki təzyiqi rahatlaşdırmaq məqsəd qoyulmaqdadır.Bu səbəblə də dişlənən şey soyuq olsa faydası artar. Dondurulmuş kökə, soyuq bir banan, və ya kök, bir tənzifə sarılmış buz parçası, rezin bir diş halqası. Körpənizə dişləməsı üçün nə versəniz verin mütləq yanında olun və oturaq vəziyyətdə olmasını təmin edin.

Dişlərini qaşıya biləcəyi şeylər: Bəzi körpələr başlanğıcdakı ağrı səbəbiylə etiraz edə bilər. Lakin bir müddət sonra ağrılı yerini rahatlamağa buraxar.

Soyuq içkilər : Körpənizə bir əmzik soyuq su verin. Əmziyi rədd etsə stəkanla verməyə çalışın. Bu sayədə körpənizin su ehtiyacını da qarşılamış olar və ishal və ya artmış tüpürcəklə itirdiyi mayeni yerinə qoyarsınız.

Soyuq yeməklər: Soyuducuda soyudulmuş şaftalı püresi, alma püresi, qatıq, körpənizə otaq istiliyindəki yeməklərdən daha cazibədar gələ bilər.

Ağrını azaldacaq bir şeylər: Başqa heç bir şey işə yaramazsa parasetamol işinizi asanlaşdıracaq. Doza nizamlaması üçün həkiminizlə məsləhətləşin. Həkiminiz təklif etmədiyi müddətcə körpənizin diş ətlərinə başqa bir şey vurmayın. Bunun içinə spirtli içkilər də daxildir.

İlk daimi diş isə 5-6 yaşlarında çıxır, yuxarı və aşağı çənə olmaqla sağ və solda, hər tərəfdə biz diş yerini tutur. Daha tez çıxmasına görə və çeynəmə dişi olduğuna görə kariyes ən çox bu dişdə yaranır. Təəssüf ki, ağrıdığı zaman səhvən süd dişi sayılıb çəkildiyi hallar çox olur. Bu zaman diş cərgəsində pozğunluq yaranır. Bu dişi heç bir diş əvəz etmir, nəticədə öndəki dişlər arхaya doğru, arxada sonralar çıxacaq dişlər isə önə doğru yerini dəyişir, dişlər arasında seyrəlmə və baş­qa qüsurlar yaranmağa başlayır.

Mütəxəssislər tərəfindən belə müəyyən olunub ki, süd dişlərinin kökü sorulduqca daimi dişin yaranmasına sərf olunur.
Bundan əlavə pis vərdişlər də çənə sümüyündə və diş cərgəsində pozğunluqlara və eybəcərliklərə gətirib çıxarır. Məsələn, barmaq sorma, dodaqları sorma (ən çox da aşağı dodaqları).

SPORT

D&G futbol forması hazırladı

11.06.2012 16:17
İtaliya milli futbol komandasının forması D&G markası tərəfindən hazırlanıb. Avropa 2012 Futbol çempionatı üçün nəzərdə tutulmuş komanda formasını təqdim edən Dominiko Dolçe və Stefano Gabbana İtaliya yığmasını ilə artıq 2006-cı ildən etibarən forma ilə təmin edir. Bu müqavilə 2014-cı ildə Braziliyada keçiriləcək olan dünya çempiontına qədər davam edəcək.

MODA

Emilio Pucci

11.06.2012 15:39
Emilio Pucci brendi yeni çantalarının look-bookunu təqdim etdi. Bu kolleksiyanın maraqlaı cəhətlərindən biri sənədlər üçün qovlq-çantanın da kolleksiyada yer almasıdır. Artıq iş xanımları gündəlik qovluqların əvəzinə Pucci markasının bu çantalarından istifadə edə bilərlər. Bununla yanaşı bu "City Marquis" kolleksiyasına klatç və gündəlik çantalar da daxildir.

KULINARIYA

Sosisklalı qəlyanaltı

11.06.2012 15:24
İçindəkilər:
- 10 sosiska
- 2 ədəd orta boy yuxa
- diş çöpü
- duru yağ

Hazırlanması:
Sosikaları halqa şəklində doğrayırıq. Sonra onları yuxaya sarıyaraq diş çöpü vasitəsiylə bərkidirik. Hazır yuxalı sosiskaları qızmış yağda qızardırıq. İsti-isti süfrəyə veririk.
Nuş olsun!

ANA VƏ KÖRPƏ

Körpənin ilk dişləri (I hissə)

08.06.2012 04:27
DİŞLƏR ÇIXARKƏN NƏLƏR OLA BİLƏR?

Diş çıxarma əlamətləri dişlərin özündən iki-üç ay əvvəl ortaya çıxa bilər. Bu simptomlar uşaqdan uşağa dəyişər və əslində bunların nələr olduqları və nə qədər ağrı verdikləri mövzusundakı fikirləri də həkimdən həkimə dəyişə bilər. Adətən diş çıxaran bir körpənin aşağıdakı bu əlamətləri yaşaya biləcəyi təbiidir:

Ağız suyu axıtmaq: Bir çox körpə iki yarım-üç aylıqdan başlayaraq tüpürcək axıdar. Diş çıxarma zamanı bəzi körpələrdə ağız suyu daha çox artır.

Çənə ya da üzdə qızartı: Bol ağız suyu axıdan bir körpədə ,çənədə və ağız ətrafında tüpürcək təmas ilə bağlı olaraq dəridə qızartı ya da çatların meydana gəlməsi təəccüblü deyil. Bunun qarşısını almaq üçün gün boyunca periodik olaraq tüpürcəyi səliqə ilə silin ,körpəniz yatarkən axan tüpürcəyi əmməməsi üçün də yastığının altına bir dəsmal qoyun. Dəridə quruma meydana çıxdığında yumşaq bir dəri kremi ilə o bölgəni daima nəmli tutun.

Yüngül öskürək: Həddindən artıq ağız suyu körpənin vaxt keçdikcə tıxanmasına və öskürməsinə yol aça bilər. Körpəniz soyuqdəymə ya da allergik əlamətləri göstərmirsə bunda narahat olunacaq bir vəziyyət yoxdur. Körpələrin diqqət çəkmək ya da səs repertuarlarını zənginləşdirmək üçün öskürəyi davam etdirmələri sıx görülən bir vəziyyətdir.

Dişləmə: Bu vəziyyətdə bir dişlək düşmənlik əlaməti deyil. Diş çıxaran bir körpə əlinə keçən hər şeyi - bu öz əli ,anasının məməsi ,xarici birinin barmağı ola bilər - ağızına salaraq diş ətlərini rahatlaşdırmağa çalışar.

Ağrı: Çıxmaqda olan bir dişin təzyiqi altında diş ətində şişkinlik meydana gəlir. Bu vəziyyət bəzi körpələrdə dözülməz ağrılara gətirib çıxararkən bəzilərində heç problem meydana gətirməyə bilər. İlk diş və azı dişləri çıxarkən körpələrdə çox çətinlik yaradır.

Narahatlıq: Şişkinlik artdıqca və iti diş səthə yaxınlaşdıqca körpənin diş ətindəki ağrı davamlı bir hal ala bilər. Xroniki ağrısı olan hər kəs kimi çətinlikli ola bilər və öz normal halından uzaqlaşa bilər. Bu narahatlıq bəzən həftələr boyunca çəkə bilər.

Bəslənməyi rədd etmə: Diş çıxarmaqda olan bir körpə bəslənməyi rədd edə bilər. Bərk yeməklərə başlamış olan bir körpə bir müddətə bu yeməklərə qarşı olan əlaqəsini itirə bilər. Ancaq bu sizi narahatlandırmamalıdır. Çünki körpəniz maye qidalardan da lazımlı vitaminləri götürər və dişi çıxdıqdan sonra iştahı yerinə gələcəkdir.

İshal: Bunun diş çıxarma ilə olan əlaqəsi çox şübhəlidir. Bəzi analar hər diş çıxardığında körpələrinin ishal olduğunu söyləyərlər. Bəzi həkimlər böyük ehtimalla artmış ağız suyu ifrazatı səbəbiylə diş çıxarmaqla bağırsaq hərəkətləri arasında bir əlaqə olduğunu düşünürlər. Bəzi həkimlər isə belə bir əlaqənin olduğunu qəbul etmək istəməzlər ; bəlkə də anaların hər ishalı diş çıxarmağa bağlayaraq əhəmiyyətli qastointestinal pozuntuların ehtimalından çəkindikləri üçün belə davranarlar. Diş çıxardığı dövrdə körpənizin nəcisinin sulu ola biləcəyini bilin ,amma iki dəfədən daha çox davam edən ishalı mütləq həkiminizə bildirin.

Temperatur: Temperatur də eyni ilə ishal kimi həkimlərin diş çıxarmaqla əlaqəli olduğu mövzusunda tərəddüdlə yaxınlaşdıqları bir əlamətdir. Diş ətlərindəki şişmə səbəbiylə 38 C°'nin altındakı bir temperatur diş çıxarmağa köməklik edə bilər. Yenə də körpənizin temperaturu varsa digər zamanlarda nə edirsinizsə elə davranın və iki gündə azalmazsa həkiminizə xəbər verin.

Yuxusuzluq: Gecə boyunca oyanmayan körpələr belə diş çıxararkən gecə oyanmağa başlaya bilər. Bu vəziyyətdə dərhal onu qidalandırmağa çalışmayın. Bunun yerinə öz-özünə təkrar yatmasını təmin edin. Digər problemlərdə olduğu kimi ilk diş və azı dişləri çıxarkən gecə oyanmalara daha tez-tez rast gəlinir.

Diş əti hematomu: Bəzən çıxan bir diş diş ətində qanamağa səbəb ola bilər ,bu da maviyəçalan bir ləkə olaraq görsənir. Bu hematomlar üçün narahatlanmağa ehtiyac yoxdur və tibbi cəhd tələb etmədən özbaşlarına düzələrlər. Soyuq kompres ağrını azaldıb yaxşılaşmağı sürətləndirə bilər.

Qulaq çəkişdirmə, yanaq qaşıma: Diş ətlərindəki ağrı ,sinir yolları boyunca qulaq və yanağa əks oluna bilər. Körpələrin qulaq infeksiyası olduğunda da qulaqlarını çəkişdirdiklərini unutmamaq lazımdır. Körpəniz diş çıxarsa belə qulaq infeksiyasından şübhələnirsinizsə həkiminizə müraciət edin.

STAR STYLE

Beyonse style

08.06.2012 03:11
Məşhur müğənni Beyonse Parisdə bir balıq restoranından çıxarkən görüntülənib. Ulduzun qırmızı pencəyi Dsquared2, markasına, qeyri-adi ayaqqabıları Tom Ford, ağ-qara çantası isəAlexander McQueen markasına aiddir.

MODA

Butter Londondan olimpiada sürprizi

08.06.2012 01:27
Sevimli kraliçaları II Yelizavetanın brilliyant yubileyini yenicə keçirmiş Böyük Britaniya yeni həyəcan içindədir. Məlum olduğu üzrə bu səfərki, yay olimpiya oyunlarına ev sahibliyini məhz onlar üstlənəcəklər. Bütün ölkədə qızğın hazırlıqlar davam edərkən, moda aləmi də bu hazırlıqdan geri qalmaq istəmir. Butter London markası olimpiadaya özəl dırnaq boyası kolleksiyası buraxıb. Medalların rənginə uyğun olaraq- qızıl, gümüş və bürünc olan dırnaq boyaları artıq önümüzdəki ay satışa çıxarılacaq.

MODA

Versacedən Muse üzükləri

08.06.2012 01:12
"Versace" moda evinin sevilən qollarından olanVersace zərgərlik məmulatları məşhurlar arasında ən çox seçilən markalardan biridir. Keçən səfər olan xəbərimizdə "Versace"nin nişan üzüklərini sizə təqdim etmişdik. Həmən kolleksiyaya aid olan "Muse" üzüyünü görməyə dəyər. Bu üzük sadəliyi sevməyən xanımlar üçündür. Gözləri qamaşdıran brilliyantlar arasında olan meduza 4 müxtəlif rəngdə təqdim olunub. Yaqutlar, sapfirlər, sitrinlər və brilliyantlar arasında olan Versace meduzasının hansının daha gözəl olduğunu müəyyən etmək çətindir.

MODA

Miu Miu-dan medalyonlu qolbaqlar

06.06.2012 06:25
Artıq medalyonlar təkcə boynumuzu, qulağımızı, barmaqlarımızı deyil eləcə də qolumuzu bəzəyəcək. Qolbaqlara da medalyon əlavə etmişMiu Miu brendi yenə də daş-qaşlardan möcüzələr yaradıb. 2012 Yay kolleksiyası ilə çoxlarının qəlbinə yol tapmış marka bu kolleksiyadaSwarovski daşlarından istifadə etmişdir.

ANA VƏ KÖRPƏ

Peyvəndlər: hansılar və nə vaxt?

04.06.2012 01:45
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından onları qorumaq, erkən yaşlarında peyvəndə aparmaq lazımdır. Bəzi uşaqlarda peyvəndə ciddi reaksiya olur, məsələn, uşağın qızdırması qalxa bilər, başgicəllənməsi, halsızlıq, iştahasızlıq müşahidə olunur. Amma uşağı heç bir halda peyvənddən yayındırmayın. Uşaqları vaxtında peyvənd etməklə biz onları difteriya, iflic, tetanus və s. kimi ciddi və ölümcül xəstəliklərdən qorumuş olarıq. Təcrübəli valideynlər bilir ki, uşağın ciddi xəstəliyə yoluxmaması peyvəndin nəticəsidir. 
Uşaqların hansı yaşda hansı xəstəliklərdən peyvənd olunması barədə sizə sahə həkimləriniz mütəmadi məlumat verməlidir. Amma biz “Ehtiyat igidin yaraşığıdır,” deyib, sizi əvvəlcədən peyvəndələrin siyahısı ilə tanış edirik.
Uşaq anadan olandan sonraki 2 saat müddətində hepatit B (sarılığa qarşı)
Doğulandan sonrakı 4-5 gün müddətində BSJ-poliomielit (vərəmə və iflicə qarşı)
2 aylığında hepatit B, poliomielit, AKDS (göy öskürək, difteriya, tetanus)
3 aylığında AKDS, poliomielit
4 aylığında hepatit B, AKDS, poliomielit
1 yaşın tamamında R-mantu (vərəmi yoxlamaq üçün sınaq)
R-mantudan 3 gün sonra QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi)
1 yaş 8 aylıqda AKDS (AKDS-in revaksinasiyasi)
6 yaşın tamamında R-ADS (difteriya, tetanus), R-QMP
1 yaşdan 18 yaşa qədər hər ildə 1 dəfə R-mantu ( mantu sınağı)

Fövqəladə hallarda, yəni epidemiya olarsa, məsələn, qızılca və ya başqa bir xəstəlik epidemiya və ya pandemiya halını alarsa, yuxarıdakı siyahıdan əlavə yayılan xəstəliyə qarşı ölkədə tur şəklində peyvənd aparıla bilər.

Bundan başqa müvəqqəti olaraq, bir ölkədən başqa ölkəyə köçürsünüzsə, gedəcəyiniz ölkədə geniş yayılmış xəstəliklərin siyahısı ilə tanış olub, həkimlə məsləhətləşə, uşağınıza həmin xəstəliklərə qarşı peyvənd vurdura bilərsiniz.

QEYD: Uşağın immunitet sistemi aşağıdırsa, bəzi xəstəliklər uşaqları təkrarən yaxalaya bilər

QEYD: Unutmayın ki, xəstə və ya allergiyaya meylli uşağa peyvənd vurmaq olmaz. Peyvənd aparılmazdan əvvəl uşaq ciddi yoxlanmalı, bədən temperaturu ölçülməli, həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Xəstələnmiş uşağa peyvənd vurmaq ciddi fəsadlara səbəb ola bilər!


KINO

Prezident Linkoln: Qaniçən ovçusu 3D

04.06.2012 01:37
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Timur Bekmambetov
Baş rollarda: Benjamin Uoker, Dominik Kuper, Entoni Maki, Meri Elizabet Uinsted
Janr: dəhşət, fentezi, savaş, triller
Yaş məhdudluğu: 12 yaşa qədər

Prezindent Linkolnun anası qətlə yetirilib və hər şey, bunun qaniçənlər  tərəfindən edilməsinə işarə edir. Bu faciyədən sonra, Linkoln bütün qaniçənlərə və onların köməkçiləri-quldarlara qarşı müharibə elan edir.
21 iyundan etibarən şəhərimizn kinoteatrlarında.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

MAC-dan rəngli hipnoz

04.06.2012 01:25
Deyəsən byuti-manyakların arzuları gerçəkləşməyə başlayıb. Professional kosmetika hesab olunan MAC yeni dırnaq boyası kolleksiyasını təqdim edib. Kolleksiyalarında adətən  8 rəng olan marka birdən-birə bu sayı 30 a çatdırıdı. Demək olar ki, bütün rənglərin çalarlarının olduğu bu kolleksiya artıq alıcıları ilə görüşüb.


MƏŞHURLAR

Hazal Kaya da sosial mediaya qatıldı

04.06.2012 01:15
"Adını Feriha Koydum" serialının baş qəhrəmanı Ferihanı canlandıran Hazal Kaya adına açılmış saxta Twitter hesablarından cana gələrək şəxsi rəsmi hesabını açmaq qərarına gəlib. Artıq aktrisanı sevənlər onunla bağlı bütün doğru xəbərləri ilk olaraq twitter.com/#!/HazalKaya110 əldə edə bilərlər.
Onu da qeyd edək ki, bu mövsüm artıq bitəcək olan "Adını Feriha Koydum" serialından sonra, önümüzdəki mövsüm "Balkanlar" serialında rol alacaq. "Elveda Rumeli" serialı tərzində olacaq bu serialın çəkimləri Makedoniyada həyata keçiriləcək.

KULINARIYA

Ərikli Terin

04.06.2012 00:56
İçindəkilər:
- 5 yumurta
- 350 qr ağ şokolad
- 500 qr şanti(süd əlavə olunaraq artıq hazır olan şanti)
- 1.5 stəkan şəkər tozu
- 250 qr ərik püresi
- 100 qr jelatin

Hazırlanması:
İlk öncə ağ şokoladımızı benmari (su hamamı) üsuıuyla  əridirik. Yumurtaları çəkər tozu ilə mikserdə yaxşıca qarışdrırıq. Sonrdadan şokoladı da əlavə edərək qarışdırmağa davam edirik. Jelatini kənrada hazırlayarıq(200 qr su ilə 100 qr jelatini qatılaşana qədər orta odda bişirirk, sonra qazdan götürüb tamamilə soyumaını gözləyirik), hazır soyumuş jelatinə krem  şanti və ərik püresini əlavə edək. Bu qarışımı şokoladlı qarışıma qataq. Sonra süfrəyə verəcəyimiz hündür qablara tökürük, üzərini ərik püresi, şokolad qırıntıları və ya rəngli kokosla bəzəmək olar. Soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə veririk.
Nuş olsun!


SAĞLAMLIQ VƏ GÖZƏLLIK

The Miami Collection B.Braun

04.06.2012 00:35
Vizajist Bobbi Braun yay mövsümünün gəlməsi ilə əlaqədar yeni kolleksiyasını "The Miami Collection" təqdim etdi. Bu kolleksiya çox rəngarəng olmasa da bu markanın sevən və seçən xanımların işinə tamamilə yarayacağından əminik. 4 rəngli dodaq boyası, bronz-qızılı rəngli kirşan, zərli bədən yağı və yüngül ətirli parfumu özündə cəmləşdirən bu kolleksiya tətildə istifadə etmək üçün idealdır.