Wednesday, July 18, 2012


ANA VƏ KÖRPƏ

Peyvəndlər: hansılar və nə vaxt?

04.06.2012 01:45
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından onları qorumaq, erkən yaşlarında peyvəndə aparmaq lazımdır. Bəzi uşaqlarda peyvəndə ciddi reaksiya olur, məsələn, uşağın qızdırması qalxa bilər, başgicəllənməsi, halsızlıq, iştahasızlıq müşahidə olunur. Amma uşağı heç bir halda peyvənddən yayındırmayın. Uşaqları vaxtında peyvənd etməklə biz onları difteriya, iflic, tetanus və s. kimi ciddi və ölümcül xəstəliklərdən qorumuş olarıq. Təcrübəli valideynlər bilir ki, uşağın ciddi xəstəliyə yoluxmaması peyvəndin nəticəsidir. 
Uşaqların hansı yaşda hansı xəstəliklərdən peyvənd olunması barədə sizə sahə həkimləriniz mütəmadi məlumat verməlidir. Amma biz “Ehtiyat igidin yaraşığıdır,” deyib, sizi əvvəlcədən peyvəndələrin siyahısı ilə tanış edirik.
Uşaq anadan olandan sonraki 2 saat müddətində hepatit B (sarılığa qarşı)
Doğulandan sonrakı 4-5 gün müddətində BSJ-poliomielit (vərəmə və iflicə qarşı)
2 aylığında hepatit B, poliomielit, AKDS (göy öskürək, difteriya, tetanus)
3 aylığında AKDS, poliomielit
4 aylığında hepatit B, AKDS, poliomielit
1 yaşın tamamında R-mantu (vərəmi yoxlamaq üçün sınaq)
R-mantudan 3 gün sonra QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi)
1 yaş 8 aylıqda AKDS (AKDS-in revaksinasiyasi)
6 yaşın tamamında R-ADS (difteriya, tetanus), R-QMP
1 yaşdan 18 yaşa qədər hər ildə 1 dəfə R-mantu ( mantu sınağı)

Fövqəladə hallarda, yəni epidemiya olarsa, məsələn, qızılca və ya başqa bir xəstəlik epidemiya və ya pandemiya halını alarsa, yuxarıdakı siyahıdan əlavə yayılan xəstəliyə qarşı ölkədə tur şəklində peyvənd aparıla bilər.

Bundan başqa müvəqqəti olaraq, bir ölkədən başqa ölkəyə köçürsünüzsə, gedəcəyiniz ölkədə geniş yayılmış xəstəliklərin siyahısı ilə tanış olub, həkimlə məsləhətləşə, uşağınıza həmin xəstəliklərə qarşı peyvənd vurdura bilərsiniz.

QEYD: Uşağın immunitet sistemi aşağıdırsa, bəzi xəstəliklər uşaqları təkrarən yaxalaya bilər

QEYD: Unutmayın ki, xəstə və ya allergiyaya meylli uşağa peyvənd vurmaq olmaz. Peyvənd aparılmazdan əvvəl uşaq ciddi yoxlanmalı, bədən temperaturu ölçülməli, həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Xəstələnmiş uşağa peyvənd vurmaq ciddi fəsadlara səbəb ola bilər!

No comments:

Post a Comment