Wednesday, July 18, 2012


ANA VƏ KÖRPƏ

Körpənin ilk dişləri (I hissə)

08.06.2012 04:27
DİŞLƏR ÇIXARKƏN NƏLƏR OLA BİLƏR?

Diş çıxarma əlamətləri dişlərin özündən iki-üç ay əvvəl ortaya çıxa bilər. Bu simptomlar uşaqdan uşağa dəyişər və əslində bunların nələr olduqları və nə qədər ağrı verdikləri mövzusundakı fikirləri də həkimdən həkimə dəyişə bilər. Adətən diş çıxaran bir körpənin aşağıdakı bu əlamətləri yaşaya biləcəyi təbiidir:

Ağız suyu axıtmaq: Bir çox körpə iki yarım-üç aylıqdan başlayaraq tüpürcək axıdar. Diş çıxarma zamanı bəzi körpələrdə ağız suyu daha çox artır.

Çənə ya da üzdə qızartı: Bol ağız suyu axıdan bir körpədə ,çənədə və ağız ətrafında tüpürcək təmas ilə bağlı olaraq dəridə qızartı ya da çatların meydana gəlməsi təəccüblü deyil. Bunun qarşısını almaq üçün gün boyunca periodik olaraq tüpürcəyi səliqə ilə silin ,körpəniz yatarkən axan tüpürcəyi əmməməsi üçün də yastığının altına bir dəsmal qoyun. Dəridə quruma meydana çıxdığında yumşaq bir dəri kremi ilə o bölgəni daima nəmli tutun.

Yüngül öskürək: Həddindən artıq ağız suyu körpənin vaxt keçdikcə tıxanmasına və öskürməsinə yol aça bilər. Körpəniz soyuqdəymə ya da allergik əlamətləri göstərmirsə bunda narahat olunacaq bir vəziyyət yoxdur. Körpələrin diqqət çəkmək ya da səs repertuarlarını zənginləşdirmək üçün öskürəyi davam etdirmələri sıx görülən bir vəziyyətdir.

Dişləmə: Bu vəziyyətdə bir dişlək düşmənlik əlaməti deyil. Diş çıxaran bir körpə əlinə keçən hər şeyi - bu öz əli ,anasının məməsi ,xarici birinin barmağı ola bilər - ağızına salaraq diş ətlərini rahatlaşdırmağa çalışar.

Ağrı: Çıxmaqda olan bir dişin təzyiqi altında diş ətində şişkinlik meydana gəlir. Bu vəziyyət bəzi körpələrdə dözülməz ağrılara gətirib çıxararkən bəzilərində heç problem meydana gətirməyə bilər. İlk diş və azı dişləri çıxarkən körpələrdə çox çətinlik yaradır.

Narahatlıq: Şişkinlik artdıqca və iti diş səthə yaxınlaşdıqca körpənin diş ətindəki ağrı davamlı bir hal ala bilər. Xroniki ağrısı olan hər kəs kimi çətinlikli ola bilər və öz normal halından uzaqlaşa bilər. Bu narahatlıq bəzən həftələr boyunca çəkə bilər.

Bəslənməyi rədd etmə: Diş çıxarmaqda olan bir körpə bəslənməyi rədd edə bilər. Bərk yeməklərə başlamış olan bir körpə bir müddətə bu yeməklərə qarşı olan əlaqəsini itirə bilər. Ancaq bu sizi narahatlandırmamalıdır. Çünki körpəniz maye qidalardan da lazımlı vitaminləri götürər və dişi çıxdıqdan sonra iştahı yerinə gələcəkdir.

İshal: Bunun diş çıxarma ilə olan əlaqəsi çox şübhəlidir. Bəzi analar hər diş çıxardığında körpələrinin ishal olduğunu söyləyərlər. Bəzi həkimlər böyük ehtimalla artmış ağız suyu ifrazatı səbəbiylə diş çıxarmaqla bağırsaq hərəkətləri arasında bir əlaqə olduğunu düşünürlər. Bəzi həkimlər isə belə bir əlaqənin olduğunu qəbul etmək istəməzlər ; bəlkə də anaların hər ishalı diş çıxarmağa bağlayaraq əhəmiyyətli qastointestinal pozuntuların ehtimalından çəkindikləri üçün belə davranarlar. Diş çıxardığı dövrdə körpənizin nəcisinin sulu ola biləcəyini bilin ,amma iki dəfədən daha çox davam edən ishalı mütləq həkiminizə bildirin.

Temperatur: Temperatur də eyni ilə ishal kimi həkimlərin diş çıxarmaqla əlaqəli olduğu mövzusunda tərəddüdlə yaxınlaşdıqları bir əlamətdir. Diş ətlərindəki şişmə səbəbiylə 38 C°'nin altındakı bir temperatur diş çıxarmağa köməklik edə bilər. Yenə də körpənizin temperaturu varsa digər zamanlarda nə edirsinizsə elə davranın və iki gündə azalmazsa həkiminizə xəbər verin.

Yuxusuzluq: Gecə boyunca oyanmayan körpələr belə diş çıxararkən gecə oyanmağa başlaya bilər. Bu vəziyyətdə dərhal onu qidalandırmağa çalışmayın. Bunun yerinə öz-özünə təkrar yatmasını təmin edin. Digər problemlərdə olduğu kimi ilk diş və azı dişləri çıxarkən gecə oyanmalara daha tez-tez rast gəlinir.

Diş əti hematomu: Bəzən çıxan bir diş diş ətində qanamağa səbəb ola bilər ,bu da maviyəçalan bir ləkə olaraq görsənir. Bu hematomlar üçün narahatlanmağa ehtiyac yoxdur və tibbi cəhd tələb etmədən özbaşlarına düzələrlər. Soyuq kompres ağrını azaldıb yaxşılaşmağı sürətləndirə bilər.

Qulaq çəkişdirmə, yanaq qaşıma: Diş ətlərindəki ağrı ,sinir yolları boyunca qulaq və yanağa əks oluna bilər. Körpələrin qulaq infeksiyası olduğunda da qulaqlarını çəkişdirdiklərini unutmamaq lazımdır. Körpəniz diş çıxarsa belə qulaq infeksiyasından şübhələnirsinizsə həkiminizə müraciət edin.

No comments:

Post a Comment