Wednesday, May 30, 2012


MODA

Çimərlik çantaları

30.05.2012 01:04
Bəli artıq yay aylarının qızmar günlərinin gəlməsinə az qaldı. Bəziləri artıq səyahət və tətil çemodanlarını hazırlamağa başlayıb. Bu səyahət zamanı yaynınıza götürəcəyiniz ən vacib aksesuar isə çimərlik çantasıdır. Bu çantalar çemodanda az yer tutur və eyni zamanda çimərliyə gedərkən, bütün lazımi əşyalarınızı içində rahatca yerləşdirir. Məşhur moda evlərindən olan Emilio Pucci, Dolce&Gabbana, Marc by Marc Jabos, Anya Hindmarch kimi markalar sizə seçə biləcəyiniz gözəl çanta modellərini təqdim edir.

MODA

Bohemique 2012/13 payız-qış kolleksiyası

29.05.2012 01:09
Bu günlərdə Moskva brendi Bohemique yeni sayca 3-cü kolleksiyasını təqdim etdi. "Bohemiquezm" adlı kolleksiya qara rəngərin hakimiyyəti üzərində qurulmuşdur. Qeyri-adi kəsimlər, sadə və eyni zamanda yaddaşlara həkk olunan bu kolleksiya krujeva, dar ətək, gözəgirən çiyinləri ilə diqqətləri çəkir. Qara rəngin hakim olduğu bu kolleksiyada az da olsa rəngbərəng libaslar var.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Dior - Summer mix

29.05.2012 01:00
Bu yay Dior moda evi "color mix" adlı kolleksiyasını təqdim edəcək. Bu yay üçün buraxilan ikinci kolleksiaydır. Bu kolleksiyasında Dior evi al-əlvan rənglərin ən gözə çarpan çalarlarından istifadə etməyi qərara alıb. Kolleksiya 4 dırnaq  və 4 dodaq boyasından ibarətdir. Dior Vernis Gloss- dırnaq boyası sadəcə yenilik deyil bu Dior moda evinin yeni byuti tendidir. Şəffaf və parıltılı dırnaqlar üçün yeni bir boya olan Dior Vernis Gloss əllərin daha da baxımılı görünməsini təmin edir. Dior Addict Ultra-Gloss-dodaq parıltıları 4 müxtəlif çalarlarla qarşımızdadır. Bu dodaq parıltıları hər cür bronz makiyaj ilə ideal yaraşacaq.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Paris Hiltondan yeni ətir

29.05.2012 00:46
Görnən odur ki, Paris Hilton özünün köhnə ərköyün qız imicini geridə buraxaraq yeni səhifələrə yer açır. Özünün anormal davranış şəkillərinə görə babası tərəfindən mirasdan məhrum edilən Paris "otel biznesinə" qarşı "ətir biznesini" inkişaf etdirmək niyyətindədir. son zamanlar işgüzar qadın kimi görüntülənən Paris Hilton yeni bir ətir buraxmaq niyyətindədir. Ətir çəhrayı rəngli brilliyant formasında olan və qaşlarla bəzədilmiş gözəl bir şüşədə təqdim olunacaq. Parisin özünün qeyd ettiyinə görə bu ətir tamamən onun iç dünyasını əks etdirəcək.

XƏBƏRLƏR

Kann festivalının qalibləri

29.05.2012 00:38
65-ci Kaan film festivalı rəsmi olaraq sona çatdı. Laureatların adı artıq açıqlandı. "Qızıl palma budağı" mükafatı "Sevgi" filminə görə Avstraliyalı rejissor Mixayıl Xanekeyə təqdim olundu. "Təpələr arxasında" filminin 2 mükafatı var. "Ən yaxşı ssenari" və "Ən yaxşı aktrisa" mükafatlarını Kristina Flutur və Kosmina stratan aldı. "Ən yaxşı rejissor" mükafatı Karlos Reyqadosa "Qaranlıqdan sonrakı işıq" filminə görə təqdim olundu. "Qızıl kamera"(bu mükafat ən yaxşı debyuta görə verilir ) mükafatı isə "Vəhşi cənubun heyvanları" filminə görə Beyn zaytlinə təqdim olundu. Bütün laureatları təbrik edirik.

MƏŞHURLAR

Ancelina Jolidən- Style of Jolie

29.05.2012 00:25
Zərgər Robert Prokop Brad Pitt ilə yaxın dostluq əlaqələrinə malikdir. Bu səbəbdəndir ki, Bradin gələcək həyat yoldaşına bağışladığı möhtəşəm üzüyün müəllifi məhz odur. İndi də Angelina Joli ilə "Style of Jolie" adlı kolleksiya hazırlayan zərgərin şöhrəti də artmaqda davam edir. Aktrisa tərəfindən hazırlanan kolleksiya elə bu yay zərgərin öz "Exceptional Jewels" kolleksiyası ilə eyni vaxtda təqdim olunacaq. İyul ayının 15-dən avqustun 15-dək kolleksiya Grand Hotel və Hotel de Paris otellərində təqdimat mərasimində olacaq. Kolleksiyanın satışından gələn bütün gəlir xeyriyyə məqsədiylə "Education Partnership for Children of Conflict" fonduna veriləcək.

TEXNOLOGIYA

İ-Phone yeni libasda

27.05.2012 15:36
Bu yaz nəinki moda həm də, sənaye dizaynerləri bizi yenilikləri ilə heyrətə gətiririlər. Bu yeniliklərin qiyməti bir qədər baha olsa da yenə də göz oxşamaq üçün ən yaxşı vasitədir. Yeni İtalyan brendi "Caviar" iphone-lari ağ və sarı qızıldan hazırlanmış donlara geyindirib. Markanın yaradıcısıİliya Djokometti bu yaxınlarda bu bəzəkli telefonlar üçün hazırladığı kolleksiyanı təqdim edib. Kolleksiyada qızılla yanaşı dəri qəliblər də var. Bu telefonların qiyməti istifadə olunan materialdan asılı olaraq 2-6 min dollar arasında dəyişir.

MARAQLI XƏBƏR

Qızıl faktlar

27.05.2012 14:27
* Hal-hazırda bütün dünyada olan qızılın təxminən 75 % 1910-cu ildən sonra çıxarılıb.
* Tibbi araşdırmalar göstərir ki, qızıl revmokarditin müalicəsində əvəsiz rola malikdir.
* Qızıl metal olmasına baxmayaraq o yeyilə bilir. Bəzi asiya ölkələrində onu, meyvə, jele desertlərinə, eləcə də çaya və kofeyə əlavə edirdilər.
* Qızıl çox elastik metaldır, ondan tikiş sapları belə hazırlamaq olar.
* 28,35 qr qızıl 80 km-dək uzadıla bilər.
* İnklər qızılı "günəşin gözyaşı" adlandırır və onu günəş allahının insanlara hədiyyəsi olduğuna inanırdılar. O zamanlar qızıldan olan zinət əşyaları sadəcə dini və estetik mahiyyət daşıyırdı. Maddi dəyəri yox idi.
* Yunanlar belə hesab edirdilər ki, qızıl-su və günəş şüalarının birləşməsindən əmələ gəlmişdir.
* Mendeleyev cədvəlində qızılı bildirən AU(Aurum) kimyəvi elementi latın dilindən tərcümədə "parlayan işıq" mənasını verir.
* Qızıl və mis insanlar tərəfindən tapılmış ilk metallardır. Bu tapıntı 5000 il bizim eradan öncəki dövrə aiddir.
* Qızılın kütləsi karatlarla ölçülə bilir. 10, 12, 14, 18, 22 və 24 karat. Karat nə qədər çoxdursa bu qızıl bir o qədər "təmizdir" Ən təmiz qızıl isə 24 karat hesab olunur.

MODA

Louis Vuittondan xallı kolleksiya

27.05.2012 12:37
Xal-xal dəbi daim yenilənən dəblərdən hesab olunur. Sonuncu dəfə 5 il bundan öncə dəbə gələn xallı geyim və aksesuarlar bu il yenidən dəbdədir. "Louis Vuittion" moda evi sarı, qara və qırmızı rənglərin hakim olduğu aksesuar ve geyim kolleksiyasını təqdim edib. Kolleksiyanın hər bir detalı xal-xal nöqtələrlə bəzədilmişdir. Eynəkdən tutmuş trençlərə qədər xallarla örtülmüşdür. Bir qədər nağılvari, bir qədər təbiəti xatırladan bu motiv gözləri oxşayır.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Givenchy ”Croisiere”

27.05.2012 11:18
Yayın gəlməsiylə demək olar ki, bütün moda evləri bronz makiyaj kolleksiyası təqdim etdilər. Sanki bir-biri ilə bəhsə girmiş bu yarışçıların son nümayəndəsi Givenchy markası özünün"Croisiere" kolleksiyasını təqdim etdi. 4 çalarda olan Healthy Glow Powder kirşanı, parıltılı şəffaf bədən geli olan Mister Radiant Body, iki rəngdə buraxılmış maye dodaq boyası sanki bu yayın kraliçası olmanız üçün sizi çağırır. Kolleksiyanın üzü daim Givenchy markasını həyəcana gətirənLiv Taylerdir.

KINO

Əbədi Rok

27.05.2012 10:45
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Adam Şenkman
Baş rollarda: Julianna Haf, Dieqo Boneta, Rassel Brend, Pol Camatti
Janr: Adam Şenkman
Yaş məhdudluğu: 12 yaşa qədər

Qız, musiqi səhnəsini fəth etmək üçün, balaca şəhərdən Hollivuda gəlir, lakin onun ümidlərini amansız Xəyallar Fabriki məhv edir. Rok səhnəsinin keçmiş ulduzu Steysi Jekks onunla maraqlanır.  Qız, strip-klubda işləməsinə baxmayaraq, əsl məhəbbətini tapa bilir.

14 iyundan etibarən şəhərimizin kinoteatrlarında

STAR STYLE

Reese Witherspoon style

27.05.2012 10:34
Növbəti Kaan festivalının başlanması ilə məşhurlar dünyası canlandı. Hər gün yeni filmlərin təqdim olunduğu bu film festivalının növbəti gözəllərindən biri də ana olmağa hazırlaşan aktrisa Reese Witherspoondur. Məşhur aktrisanın sırğaları Neil Lane markasına, ayaqqabıları isə Manolo Blahnikbrendinə məxsusdur.

KULINARIYA

Sarma kabab

27.05.2012 09:23
İçindəkilər:
- 500 qr can əti
- 1 y/q kərə yağı
- 1 soğan
- 4 göbələk
- 4 uzun bibər
- 4 pomidor
- 2 y/q pomidor püresi

Hazırlanması:
Can ətindən əl böyüklüyündə barmaq qalınlığında parçalar kəsin. Göbələk və soğanı kərə yağında qovuraraq ət parçalarının içinə qoyun və rulet kimi bukun. Sonra sıra ilə şişə birinci sarılmış əti, sonra bibəri, sonra isə pomidoru keçirin. Manqalda közün üstündə yaxşıca qızarana kimi bişirin. Boşqaba lavaş qoyun sora pomidor, bibər və sarmanı qoyaraq pomidor püresini üzərində gəzdirin, nazık soğan halqası və sumaqla bəzəyərək isti-isti süfrəyə verin.

XƏBƏRLƏR

Eurovision-2012 qalibi məlum oldu

27.05.2012 08:57
İlk dəfə olaraq Bakıda keçirilən "Eurovision-2012" dünən başa çatdı. Final gecəsi Bakı möhtəşəm gözəlliyi ilə bütün avropanı heyran qoydu. Heyrətamiz konsert salonu, effektli işıqlandırma, mükəmməl təşkilatçılıqla ev sahibliyini başa vuran ölkəmiz bu ağır yükün altından layiqincə qalxdı. Bu ilin qalibi İsveçi təmsil edənLorin oldu. 372 xalla birinciliyi əldə edən İsveç gələn il bu musiqi yarışmasına ev sahibliyi edəcək.

MODA

Miu Miu Bauletto - çanta kolleksiyası

26.05.2012 15:20
Bu ay "Miu Miu" mağazalarında yeni "Bauletto"kolleksiyasının çantaları satışa çıxarılacaq. Bu kollekiya öncəki "Madras" kolleksiyasının davamıdır. Bu kolleksiyanın ən böyük özəlliyi onun dərisindədir. Çantaların dərisi xüsusi mumla yağlanmışdır ki, bu da çantaları daha möhkəm və ən əsası parıltılı edir. Bu kolleksiya eyni modelin 7 fərqli rəngi ilə diqqətləri çəkir.

MODA

Akillis bantlı kolleksiya

26.05.2012 14:41
Məşhur cəvahirat brendi olan "Akillis" romantik bir kolleksiyanı sevənlərinə təqdim etdi. Bu yaz dəbin ən çox incəliklərindən biri olan bant və rok dəmirlərini bir kompozitsiya halına gətirən moda evinin işi həqiqətən də təqdirəlayiqdir. Bu iki bir-birinə zidd qütbü bu qədər ustalıqla birləşdirmək həqiqətən incə zövq və geniş fantaziya tələb edir."God Save The Punk" adı daşıyan bu kolleksiya ağ qızıl və brilliyantların birləşməsindən meydana gəlib. Boyunbağı, üzük və qolbaq formasında olan bantlar gənc  xanımların zövqünü oxşaya bilər.

MODA

H&M 2012/13 payız-qış kolleksiyası

25.05.2012 09:11
Geqa brendlərdən olan isveçrə brendi H&M-nin bu kolleksiyasında eynəkdən paltoya, qısa şortlardan parıltılı gecə köynəklərinə qədər hər şey var. Bu kolleksiyada saydıqlarımızla yanaşı iri həcmli boyunbağı və sırğalar da vardır. Görünən odur ki, 2012 yazına damğa vuran barokko və qaraçı stili payız və qış mövsümündə də davam edəcək.

Thursday, May 24, 2012


ANA VƏ KÖRPƏ

Sağlam uşaq böyütmək üçün 10 məsləhət

24.05.2012 03:28
Körpəsinin həm fiziki, həm də psixoloji cəhətdən sağlam böyüməsini hər ana istəyir. Bunun üçün sizə bəzi məsləhətlər verə bilərik.

1. Xəstəxanadan evə gəldiyiniz gün heç bir qonaq qəbul etməyin. Unutmayın ki,  hər bir insan istəmədən virus daşıyıcısı ola bilər.

2. Havanın soyuq və ya isti olmasından asılı olmayaraq xəstəxanadan çıxan gündən etibarən öz ağrılarınızı və körpəylə birlikdə artmış ev işlərini unudaraq gün ərzində ən az 2 saat təmiz havada olun.

3. Qətiyyən bayırdan gəlmiş birinin əllərini yumadan körpənizə yaxınlaşmasına icazə verməyin.

4. 5 ayını tamamlamış körpəyə hər gün 100 qr portağal şirəsi verin. (evdə hazırlanmış)

5. Körpəni qalın geyindirməyin. Unutmayın necə öyrətsəniz elə də davam edəcək.

6. Körpənizi tez-tez qucağınıza alın və onun sizin üçün nə qədər dəyərli olduğunu söyləyin.

7. Dil açmağa yaxın olan körpələrə heyvan səsi çıxaran oyuncaqlar verin. Uşaqlar heyvan səslərini insan səslərindən daha yaxşı təqlid edir.

8. Körpənizin səlist dil açmasını istəyirsinizsə onunla böyük kimi danışın. "Nəm-nəm" yerinə yemək, "cici" yerinə yaxşı, "cız" yerinə isti kəlimələrindən istifadə edin.

9. Küçədə olduğunuz zaman körpənizin kürəyinin sizə olmasına çalışın. Yəni qucağınıza aldığınız zaman üzü insanlara kürəyi isə sizə söykənmiş olsun. Bu gələcəkdə özünəinamlı olması üçün vacibdir.

10. Mağazadan bir şeyi almaq istəmədiyinizdə "pul yoxdur" əvəzinə "bu sənə lazım deyil" ifadəsindən istifadə etsəniz gələcəkdə uşağınızda ola biləcək komplekslərin qarşısını almış olarsınız.

MODA

2012/13 : A'la Russe aksesuarları

23.05.2012 15:43
Gələn yeni sezon üçün Anastasiya Romantsova artıq vizit kartına çevrilmiş kokteyl paltarları kolleksiyası ilə yanaşı aksesuarlar kolleksiyasını da təqdim etdi. Bu aksesuar kolleksiyasına sadəcə gecə libaslarına uyğun çantalar daxildir. Eyni modelin müxtəlif rənglərini təqdim edən modelyer bu ilin trendi halına gəlmiş bant dəbini payız aylarına da daşımaq niyyətindədir.

ANA VƏ KÖRPƏ

Erkən doğulmuş körpələrə qulluq- II hissə

22.05.2012 15:47
Yarımçıq doğulmuş uşağın da qidalandırılması onun çəkisindən, vəziyyətindən asılıdır. Məsələn, uşaq südü udmaq qabiliyyətinə malik deyilsə, südü onun mədəsinə xüsusi boru—zond vasitəsilə çatdırırlar. Uşağın çəkisi 2000 q-ı keçərsə, vəziyyəti yaxşılaşarsa, ona döş vermək mümkündür. Belə uşağa əvvəlcə gündə bir dəfə, sonra 2-3 dəfə, sonrakı günlərdə normal qaydada ana südü—döş verilir. (Südü əmmək uşaq üçün heç də asan iş deyil. Ona görə də həkimlər ilk dəfə onun vəziyyətinə baxır, hazır deyilsə, uşağa yenə boru vasitəsilə, ya da butulka və ya qaşıqla süd verirlər.)
Uşağın həzm sisteminin hazır olmaması, mədəsinin ölçüsünün kiçikliyi onun qidasının miqdarına da təsir edir. Yarımçıq doğulmuş çağaya ilk günlər bir dəfədə 10-15 ml, ikinci gün 15-20 ml, üçüncü gün 25-30 ml süd verilir. Sonrakı günlərdə verilən südün miqdarı uşağın çəkisinə əsasən müəyyən olunur.
Zəif yeyən uşağa hər 1,5-2 saatdan bir döş vermək lazımdır (gecələr də eyni qaydada). Problem yoxdursa, uşaq qusmursa, ona nə qədər istəyir, döş vermək olar. Ana südü ilə qidalanmırsa, yarımçıq doğulmuş uşağa hər 3 saatdan bir yemək verilməlidir (gecələr 6 saat fasilə verməklə).
Ancaq yarımçıq doğulan uşaq üçün ana südü hər şeydən vacibdir. Yarımçıq doğulmuş uşaq məhz anasının südünün tərkibindəki zəruri maddələrin köməyi ilə lazımi şəkildə inkişaf edə bilər. Ana südü yarımçıq doğulmuş körpələr üçün ən yaxşı qoruyucu vasitədir. Ananın südü yoxdursa, başqa anaya müraciət etmək lazımdır!
Ana südündən süni qidaya keçəndə ehtiyatlı olun. Süni qida əvvəlcə gündəlik qidanın 1/8-ni, ikinci gün 1/4-ni, üçüncü gün 1/2-ni təşkil etməlidir. Yarımçıq doğulmuş uşaq ana südündən süni qidaya tam olaraq 5-6 gün ərzində keçirilə bilər.
İndi hətta yarımçıq doğulmuş uşaqlar üçün qidalar istehsal olunur. Həkimlə məsləhətləşib, etibar etdiyiniz şirkətin hazırladığı məhsullardan istifadə edə bilərsiniz.
Əlavə qida yarımçıq doğulmuş uşaqlara daha tez verilir. Yarımçıq doğulmuş uşaqlara 1,5 aylığında meyvə püresi verilməlidir (əvvəlcə gündə 1 dəfə, çay qaşığının ucunda, sonrakı gün yarım çay qaşığı).Yarımçıq doğulan uşaqlara 6 aylığında 60 q, bir yaşında 100 q meyvə püresi vermək olar.

Xəstəxanadan çıxırıq
Adətən yarımçıq doğulmuş uşaqları, çəkisi 2000 q-a çatanda, uşağın orqanizmi bədən temperaturunu qorumağı bacaranda, fəal şəkildə qidalananda, qan analizlərinin göstəriciləri normal olanda xəstəxanadan çıxarırlar. Anaların xəstəxanadan tez çıxmağa can atması anlaşılandır, amma ana uşağının vəziyyətini nəzərə almalı, tək qalanda körpəsinə qulluq etməyi bacarmalıdır. Xəstəxanadan çıxandan sonra bütün məsuliyyət ananın üzərinə düşür. Ana hər şeydən əvvəl südünün gəlməsinə çalışmalı, əlindən gələni eləməlidir.

Vanna
Suya girməyə hazır olan kimi yarımçıq doğulan uşağı çimdirmək lazımdır. Su, onlar üçün çox doğmadır. Yarımçıq doğulmuş uşaq ilk günlər temperaturu 36-37° olan suda çimdirilməlidir. Sonralar suyun temperaturunu yavaş-yavaş endirmək, 32-34°-ə salmaq olar. Çəkisi 1 kq-dan az olan uşaq yalnız 4 həftəsi tamam olandan sonra çimdirilə bilər. Hələ ki, onun bədənini silə bilərsiniz.

Hava vannası
Hava vannası (paltarını dəyişdirəndə uşaqlar onsuz da belə vanna qəbul etmiş olurlar) birinci ay 3-4 dəqiqədən artıq çəkməməlidir (yarımçıq doğulmuş uşaqlar gündə 3-4 dəfə belə vanna qəbul edə bilərlər). Sonralar hava vannasının müddətini 10-12 dəqiqəyə qədər uzatmaq olar.
Yarımçıq doğulmuş uşağın çəkisi 1300 q-a çatıbsa, bir aylığında onu qarnı üstündə uzatmaq olar. Əvvəlcə onu bu halda cəmi bir neçə dəqiqə saxlayın. Sonralar müddəti uzadın; gündə 3-4 dəfə 10 dəqiqəliyə qarnı üstə qoyun.

Massaj
Yarımçıq doğulmuş uşağın çəkisi 1800 q-a çatıbsa, bir aylıq uşağın qarnını yüngül massaj etsəniz yaxşı olar. Ümumi massaja uşağın çəkisi 3 kq-a çatanda başlamaq olar. Unutmayın ki, bu işi siz yox, peşəkar massajist görməlidir. İlk günlərdə 3-5 dəqiqəlik seans kifayətdir.
3-4 ayından sonra massaja gimnastika elementləri əlavə etmək olar. Zəif və yarımçıq doğulmuş uşaqlar üçün xüsusi gimnastika hərəkətləri kompleksi var. Fizioterapevtə müraciət etsəniz, sizə bu işdə yardımçı olar.
Gəzinti
Yarımçıq doğulmuş uşaq 2-3 həftəliyində (çəkisi 2000 q-ı keçibsə!) təmiz havada gəzintiyə çıxarıla bilər. Havanın hərarəti 10-12°С-dirsə, uşağı gündə 2-3 dəfə (hər dəfə 30-40 dəq) gəzdirmək olar.

Yarımçıq doğulmuş uşaqlara peyvənd və vitaminlər fərqli vaxtlarda verilir. Həkimlə əlaqə saxlayın, peyvənd və vitaminləri vaxtında verməyi unutmayın.

KINO

G.İ.Jo. Kobranın hücumu 2

22.05.2012 15:46
Ölkə: ABŞ, Kanada
İl: 2012
Rejissor: Con Çu
Baş rollarda: Çenninq Tatum, Dueyn Conson, Bryus Uillis, Rey Stivenson
Janr: fantastika, savaş, triller, macəra.
Yaş məhdudluğu: 12 yaşa qədər

ABŞ prezidentinin simasını qəbul etmiş Zartanın əmri ilə, “G.İ.Joe” üzvlərinin çoxu qətlə yetirilir, digərləri isə cavab zərbəsi  üçün öz qüvvələrini toplayırlar.

21 iyundan etibarən şəhərimizin kinoteatrlarında


ANA VƏ KÖRPƏ

Erkən doğulmuş körpələrə qulluq- I hissə

22.05.2012 15:40
Yarımçıq doğulmuş uşaq problem deməkdir. Vaxtından əvvəl doğulan uşaqların hərəsinin bir və ya bir neçə problemi olur. Bəzilərinin həzm, bəzisinin tənəffüs sistemi tam formalaşmır. Onlar ətrafda baş verənlərə normal uşaqlar qədər reaksiya verə bilmirlər. Müalicədən başqa, yarımçıq doğulan uşaqların zəif orqanizmi onlara xüsusi qayğı və diqqət tələb edir. Çəkisindən asılı olaraq, yarımçıq doğulmuş uşaqları 4 qrupa bölürlər:
1-ci qrup 2001-2500 q
2-ci qrup 1501-2000 q
3-cü qrup 1001-1500 q
4-cü qrup 1000 q və ya daha az
Dünya Səhiyyə Təşkilatının normalarına görə çəkisi 500 q-dan az olmayan, ürək döyüntüsü eşidilən döl salamat doğulmuş hesab olunur. Belə uşağı yalnız ən müasir texnologiya və dərmanların köməyi ilə, bütün gün xüsusi qayğı göstərməklə saxlamaq olar. Yarımçıq doğulmuş uşaqların orqanizmi bədənin temperaturunu qoruya bilmədiyi üçün onları xüsusi otaqlarda, özünəməxsus mikroqilimi olan apparatlarda qoruyurlar. Çəkisindən asılı olaraq, uşaqlar belə apparatlarda 3 gündən bir neçə həftəyə qədər saxlanır.
Bütün uşaqlar doğulandan sonrakı bir neçə gün ərzində arıqlayırlar. Yarımçıq doğulmuş uşaqlarda arıqlama prosesi sürətli olur. Yaxşı qulluq olunsa, yarımçıq doğulmuş uşağın çəkisi 3 həftəliyində bərpa olunur, 3 aylığında iki dəfə, 4-5 aylığında üç dəfə, yaşına qədər 6-7 dəfə artır. Belə nəticəni almaq üçün yarımçıq doğulmuş uşağı yaxşı və düzgün qidalandırmaq lazımdır.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Amouage Library Collection

22.05.2012 15:24
Bir müddət öncə Amouage ətir evinin ətriyyatçıları "Library Collection" adlı kişi və qadınlar üçün nəzərdə tutlmuş kolleksiyasını təqdim etdilər. Bu kolleksiyanın ətirləri üçün yaş həddi nəzərdə tutlmayıb. Qısa zamanda bu "kitabxanada" yeni bir məhsul "Opus VI" yer alacaq. "Aydın dərrakənin, daimi parıltısı" filminin təsiri ilə yaradılmış bu ətir başdan başa şərq notları ilə zəngindir. Ənbər, badam, istiot və sitrus mevvələrinin qarışığından yaranan bu ətir qoca şərqin əzəli qoxusudur.

STAR STYLE

Jennifer Lopez style

22.05.2012 15:12
Moda və şou biznes alımində öz ideal zövqü ilə seçilən müğənni Jennifer Lopez "Amerika idealı" proqramında yenə də möhtəşəm görkəmi ilə hamını heyran etdi. Daim zövq və dəbi mükəmməl şəkildə sizntez edən Jlo bu səfər də bizləri yanıltmadı. Ulduzun zərif və qeyri adi ayaqqabılarıNicholas Kirkwood ayaqqabı evinin 2012 kolleksiyasına məxsusdur.


MƏŞHURLAR

Robert Pattinsonun Chanel saatı

22.05.2012 14:45
"Alaqaranlıq" filmi ilə məşhurlaşan Britaniyalı aktyor Robert Pattensonun bu həftə Kann kinofestivalında  "Kosmopolis" filmi nümayiş etdiriləcək. Film may ayının 25-nə nəzərdə tutulan  dünya premyerasında tənqidçilər görəsən necə qiymətləndiriləcək? Bu film boyu Robert Chanelevinin Chanel Horlogerie "J12 Chromatic"saatlarını nümayiş etdirir.

LƏTIFƏLƏR

Həkimlər

20.05.2012 15:43
Şad xəbər

Həkim xəstəsinin yanına gəlir və deyir:
- Sizə bir yaxşı, bir də pis xəbərim var. İlk öncə hansını söyləyim?
Xəstə:
- Pis xəbəri birinci deyin.
Həkim:
- Səhvən sizin sağlam ayağınızı kəsmişik. Amma yaxşı xəbərim də var, o biri ayağınız da artıq sağalmağa doğru gedir.

Öskürək

Bir nəfər möhkəm öskürək səbəbiylə həkimə gəlir. Həkim çaşaraq öskürək dərmanı yerinə qəbizlik zamanı istifadə olunan dərmanı verir və:
- Gündə 3 dəfə yeməkdən sonra iç və bir həftədən sonra yanıma gəl.
1 həftə keçir.
Həkim:
- Hə necə oldu öskürəyiniz? deyə xəstədədən soruşur.
Xəstə:
- Cəsarət edib öskürə bilirəm ki?

Sunday, May 20, 2012


MƏŞHURLAR

Çağatay Ulusoy: Aktrisa ilə evlənmərəm

20.05.2012 14:01
“Adını Feriha Koydum” serialının baş rolunda oynayan Çağatay Ulusoy "Bugün" qəzetinə verdiyi müsahibədə həyatı ilə bağlı bir çox maraqlı məqamlara açıqlıq gətirmişdir.
21 yaşındasan və kariyeranın hələ çox başındasan sənə göstərilən bu marağın səbəbi nədir?
-Oynadığım obraz çox "sağlam" yəni bütöv obrazdır. Əslində mən dyil sevilən "Emir" obrazıdır.
Məşhur olduqdan sonra həyatınızda nələr dəyişdi?
-Yaşama şəklim dəyişdi, geyindiyim markalar dəyişdi, getdiyim restoranlar dəyişdi. Çünkü hamının diqqəti səndədir və sən hər şeyinə- yeməyinə, içməyinə, kilona, geyim tərzinə diqqət yetirməlisən.
Nə zaman evlənirsən?
-Hələ çox tezdir, 21 yaşındayam ilk ncə ayaqlarım üstündə durmalıyam ancaq bundan sonra evlilik ola bilər.
Diqqətinizi çəkəbiləcək qadın necə olmalıdır?
-Qarabuğdayı qadınlardan xoşum gəlir. Çox hüdür boylu olmamalı və gözləri mənalı baxmalıdır. Hissləri ilə deyil, məntiqi ilə hərəkət etməlidir. Sevgisini sözləri ilə deyil əməkkəri ilə sübut etməlidir. Səmimi olmalıdır. Məni qısqana bilər, bundan xoşum gəlir.
Aktrisa ilə evlənə bilərsinizmi?
-Böyük danışmağı sevmirəm amma məncə yox. Çünki, qısqanc insanam və sevdiyim qadını qısqanaram. Serialdaki öpüşmə səhnələri üçün çoxları professionallıq baxımından qiymətləndirmə edir, amma mən bunu edə bilmirəm. Həmən an duyğularım məntiqimin önünə keçir. Aktrisa ilə bir bərabərlik çətin olar diyə düşünürəm. Amma bunu bacaranları da burdan təbrik edirəm. Nəticədə sizin olan bir şeyə rol üçün olsa da biri toxunur. Yox buna izn verə bilmərəm.
-Gənc olmanıza baxmayaraq çox yaxşı pul qazanırsınız. Bəs pulunzun qədrini bilirsiniz?
5 qazanıramsa 3ünü mütləq qırağa qoyuram. Bu aralar bir obyektə göz dikmişəm. Hələ ev almaq istəmirəm. Öncə obyekt işini həll etmək istyirəm.
-Xarakterinizdə zəif nöqtə hansıdır?
Heçkimə "yox" deyə bilmirəm.

ANA VƏ KÖRPƏ

Körpənin gəzintisi

20.05.2012 13:17
Körpəylə açıq havada gəzmək onun sağlamlığı və inkişafı üçün çox vacibdir. Yaxşı havada siz körpənizlə bərabər gözəl vaxt keçirmək istəyirsinizsə, mütləq həmin vaxt ərzində ona lazımlı olan hər şeyi özünüzlə götürməlisiniz:

- təmiz plastik qutuda əmzik, zınqrov və ya digər yüngül oyuncaqlar, qəfil hava dəyişikliyinə hazır olmaq üçün əlavə isti paltar yaxud örtük və təbii ki, gigiyenik salfetlər.

Qış gəzintilərində soyuq küləkli havada xüsusilə diqqətli olmaq lazımdır. Axı bu yaşda körpə üşüdüyünü sizə deyə bilmir. Buna görə də siz donma və ümumi soyumanın əlamətlərini bilməlisiniz:

- körpə sakit uzanır, ətraf aləmə reaksiya vermir, istiyə “qənaət edir”;

- dərisi ağarır, soyuyur, nəbzi zəifləyir.

Bu halda uşağı dərhal isti yerə aparmaq lazımdır. İsitmə tədricən, passiv şəkildə həyata keçirilməlidir – sobadan, elektrik adyaldan istifadə etməyin. Körpəni isti örtüyə bükün, ona şirin isti maye verin və təxirə salmadan həkimə müraciət edin. Donmuş hissələri hər nə ilə olursa olsun sürtmək qəti qadağandır!

KINO

Diktator

20.05.2012 13:09
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Larri Çarlz
Baş rollarda: Saşa Baron Koen, Meqan Foks, Anna Feris, Ben Kinqsli
Janr: komediya
Yaş məhdudluğu: 17 yaşa qədər valideynlərin iştiraki tövsiyə edilir

Ölkəsində demokratiyanın bərqərar olmasına imkan verməmək məqsədilə, öz həyatını təhlükəyə atan diktatorun qəhrəmanlıq hekayəsi.

Şəhərimizin kinoteatrlarında

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Chanel 2012 yayının makiyaj kolleksiyasını təqdim etdi

19.05.2012 11:46
Bu yayın ən gözəl kolleksiyası yenə də Chanelmoda evindən gəldi. Bronz makiyaj etmək üçün edəcəyiniz tək şey bu kolleksiyanı əldə etmək. Qızılı çalarlı 2 fərqli kirşan, yumşaq rəngli dodaq boyası, təravətli dodaq parıltısı sizi bu yayın şahzadəsi olmağa çağırır. Qəhvəyi tonlarında olan göz kölgəsi isə yay makiyajında gözlərinizi vurğulamağın əsas olduğuna işarədir.  Əlvan dırnaq boyaları da bu yayınızı daha rəngarəng etmək üçün nəzərdə tutulub.

KULINARIYA

Pollo Alla Krema (İtalyan mətbəxi)

19.05.2012 11:35
İçindəkilər:
- 7 y/qaşığı margarin
- 1 soğan
- 4 parça döş əti
- 3 stəkan toyuq bulyonu
- 220 qr dilimlənmiş göbələlək
- 1 stəkan krema
- keşniş, duz, istiot.
- un
- limon

Hazırlanması:
Soğanı 3 qaşıq margarinlə yumşalanadək qovurun, toyuq filesini kvadrat şəklində doğrayın və nar kimi qızarana qədər soğanla birlikdə qızardın. Bulyonu(1 stəkan), duzu, istiotu əlavə edərək 20 dəqiqə qaynadın və altını söndürün. Başqa tavada 4 qaşıq yağı əridin və göbələkləri qızardın, yağını süzün və həmən yağda 1 qaşıq unu bişirin. Bu unun üzərinə 2 stəkan bulyon və limon suyunu əlavə edib qarışdırın. Kremanı və göbələkləri də qarışdırdıqdan sonra qızarmış toyuqlarla qarışdırın. Üzərinə xırda doğranmış göyərti əlavə edərək isti-isti süfrəyə verin.

Nuş olsun!

MARAQLI XƏBƏR

Bunları bilirdinizmi?

19.05.2012 11:20
* Cənubi Koreyada bir qutu kolbasa farşı əla toy hədiyyələrindən sayılır.

* Şahzadə Viktoriyanın toy tortu 1metr diametrindəydi.

* Bostonda yaşayan irlandların sayı, İrlandiyada yaşayan irlandların sayından çoxdur.

* Münasibətləri dağılması üçün ən uyğun vaxt 3 ay sonradır. Bu vaxtdan sonra çox zaman ya tamam, ya da davam konsepsiyası irəli sürülür.

* Online tanışlıq sənayesi ildə 1.8 milyard dollar xeyir gətirir.

* İş yerində başalayan 10 münasibətdən 4-ü toyla bitir.

* Dünyada 160 at cinsi var. Ancaq bunların içində ərəb atları hamısından yüksəkdədir çünkü ən təmiz və qarışığı az olan cinsdir.

* Atlar insan səsindəki emosiyanı seçə bilmək qabiliyyətinə malikdirlər.

KINO

Qadağan zona

18.05.2012 15:53
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Bredli Parker
Baş rollarda: Cessi Makkartni, Conatan Sadovski, Oliviya Dadli, İnqrid Bolsay Berdal
Janr: dəhşət, triller
Yaş məhdudluğu: 17 yaşa qədər valideynlərin iştiraki tövsiyə edilir

Altı gənc ekstremal turist tətilə Ukraynaya gəlirlər. Uzaqlaşma zonasına ekskursiyaların təşkili olması haqda biləndə, onlar bələdçi cəlb edirlər və unudulmaz təəssüratlar dalınca yola düşürlər. Elə bil radioaktiv şəhər boş və baxımsızdır. Orada heç bir canlı qalmayıb. Günəş batan kimi, Pripyat oyanır. Gecənin sakitliyini dəhşətli çığırtılar pozur. Zavallı səyyahları vahimə basır. Onlar başa düşürlər ki, ölmüş şəhərdə tək deyillər.

24 maydan etibarən şəhərimizin kinoteatrlarında

MƏŞHURLAR

Ancelina Jolidən ”uçurdan” hədiyyə

18.05.2012 15:49
Uzun illərdən sonra evlənmək qərarına gələn Hollywoodun məşhur cütlüyü Anjelina Joli vəBrad Pitt toy hazırlıqları içindədilər. Möhtəşəm üzük hədiyyəsinə cavab olaraq Anjelina gələcək həyat yoldaşına vertolyot hədiyyə edib. Məlum olduğu üzrə cütlüyün Fransada malikanələri var və 6 uşaqlı bir ailə üçün artıq oraya getmək problem olmayacaq. Bu hədiyyə aktrisaya 1 milyon avroya başa gəlib.


MODA

Heyrətamiz gözəllik

18.05.2012 14:39
Əslən İranlı olan Məryəm Keyxani 2012/13 kolleksiyasını təqdim edib. Hal-hazırda Kanadada yaşayan dizaynerin əl işlərini başqalarının əl işləri ilə qarışdırmaq qeyri mümkündür. İpək, metal və mirvarinin möhtəşəm ahənginə şərqin sehri və qərbin modern gözəlliyi əlavə olunub, beləliklə ortaya heyrətamiz gözəllik çıxıb.

MODA

Şəffaf dəb

18.05.2012 05:47
Bu yazın yeni tendensiyalarından biri də şəffaflıqdır. Yəni seçilən aksesuarlar arasında şəffaf olanlarına üstünlük verməniz daha məsləhətdir. Heç bir gizliliyi içində saxlamağı sevməyən şəffaf dəblə gözəlliyinizi də heç kimdən gizlətməyin. Aksesuarlarda şəffaf plastikdən istifadə bir çox moda evləri tərəfindən dəstəklənmişdir. Belə ki, Emporio Armani, Dolce&Gabbana, Manolo Blahnik, Louis Vuitton, Valentino Garavani, Christian Louboutin kimi önəmli markalar bizə şəffaf seçim etməyi təklif edir.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Yves Saint Laurent rəngbərəng kolleksiya

18.05.2012 05:33
30 fərqli rəng və çalarlardan ibarət yeni dırnaq boyası kolleksiyasını təqdim edən Yves Saint Laurent daha çox əlvan rənglərlə diqqətləri çəkməkdədir. Yeni kolleksiyada narıncı, xaki, çəhrayı, bej, qəhvəyi, bənövşəyi və tünd göy rəngdə olan dırnaq boyaları vardır. Avropada artıq satışda olan bu dırnaq boyaları bu yay ölkəmizdə də satışa çıxarıacaqdır.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

L'Occitane-dan çəhrayı pion

17.05.2012 15:33
Hər yaz açan pion çiçəkləri həm ətir, həm də gözəllikləri ilə ətrafdakıları heyran edir. L'Occitaneekspertləri də bu ecazkar gözəlliyə qarşı laqeyid qala bilməmiş və bu çərayı möcüzəyə kolleksiya həsr etmişlər. "Hissiyatlı pion " kolleksiyasının hər bir məhsulu bu gözəl çiçəklərin ətrini daşıyır. L'Occitane-nın son kolleksiyasını seçin və qoy bu yaz hər tərəf çəhrayı pion ətri ilə dolub daşsın.

MODA

2012/13 payız-qış kolleksiyası: Kalmanovich

17.05.2012 14:57
Kalmanovich payız kolleksiyasında əsasən gecə və kokteyl donları üstünlük təşkil edir. Qara və onun tam əksi olan al əlvan qırmızı çalarlı modelləri ilə bu payıza damğasını vuracaq. Moda evi qat-qat və yüngül ətəklər, düz və sadə pencəkləri ilə həqiqətən gözoxşayan bir kolleksiya yaratmağa müvəffəq olmuşdur.

MODA

Yaz:2012 Casadei ayaqqabı dəbi

17.05.2012 14:43
"Casadei" markası artıq uzun illərdir ki, dəb həvəskarlarının qarderoblarını bəzəməkdədir. Bu ilin arzu olunan ayaqqabıları sırasında ön cərgələrdə qərarlaşan marka ultragözəgirən bir model kolleksiyası ilə yenidən sevənlərinin qarşısındadır. Qalın və möhkəm dabanlar, nazik, incə dabanların yerini əlindən alaraq onları yalnız gecə geyinmək üçün istifadə olunacaq ayaqqabı dolabına yollamağı bacardı.

MODA

Qızılgül əfsanəsi

15.05.2012 01:39
30 il bundan öncə Fransız gel yetişdiriciləri yeni bir qızılgül növü yaratdılar və bu növə Piagetmarkasının yaradıcısı olan İva Pyajenin adını verdilər. Zərgər də öz növbəsində Cenevrədə keçiriləcək olan gül müsabiqəsi üçün orijinal böyüklüyünə uyğun 18 karat brilliyantı olan bir qönçə gülü qalibə vermək üçün hazırladı.
Dizynerin fikrincə qızlgül ən möhtəşəm güldür və məhz bu səbəbdən Piaget moda evinin əsas simvolu qızılgüldür. Bu il İv Pyaje qızılgül sortunun yubileyi qeyd olunacaq və məhz bu səbəblə Piaget zərgərlik evi "Rose" adı altında ecazkar bir kolleksiya təqdim etdi.