Thursday, May 24, 2012


ANA VƏ KÖRPƏ

Erkən doğulmuş körpələrə qulluq- I hissə

22.05.2012 15:40
Yarımçıq doğulmuş uşaq problem deməkdir. Vaxtından əvvəl doğulan uşaqların hərəsinin bir və ya bir neçə problemi olur. Bəzilərinin həzm, bəzisinin tənəffüs sistemi tam formalaşmır. Onlar ətrafda baş verənlərə normal uşaqlar qədər reaksiya verə bilmirlər. Müalicədən başqa, yarımçıq doğulan uşaqların zəif orqanizmi onlara xüsusi qayğı və diqqət tələb edir. Çəkisindən asılı olaraq, yarımçıq doğulmuş uşaqları 4 qrupa bölürlər:
1-ci qrup 2001-2500 q
2-ci qrup 1501-2000 q
3-cü qrup 1001-1500 q
4-cü qrup 1000 q və ya daha az
Dünya Səhiyyə Təşkilatının normalarına görə çəkisi 500 q-dan az olmayan, ürək döyüntüsü eşidilən döl salamat doğulmuş hesab olunur. Belə uşağı yalnız ən müasir texnologiya və dərmanların köməyi ilə, bütün gün xüsusi qayğı göstərməklə saxlamaq olar. Yarımçıq doğulmuş uşaqların orqanizmi bədənin temperaturunu qoruya bilmədiyi üçün onları xüsusi otaqlarda, özünəməxsus mikroqilimi olan apparatlarda qoruyurlar. Çəkisindən asılı olaraq, uşaqlar belə apparatlarda 3 gündən bir neçə həftəyə qədər saxlanır.
Bütün uşaqlar doğulandan sonrakı bir neçə gün ərzində arıqlayırlar. Yarımçıq doğulmuş uşaqlarda arıqlama prosesi sürətli olur. Yaxşı qulluq olunsa, yarımçıq doğulmuş uşağın çəkisi 3 həftəliyində bərpa olunur, 3 aylığında iki dəfə, 4-5 aylığında üç dəfə, yaşına qədər 6-7 dəfə artır. Belə nəticəni almaq üçün yarımçıq doğulmuş uşağı yaxşı və düzgün qidalandırmaq lazımdır.

No comments:

Post a Comment