Sunday, June 3, 2012


ANA VƏ KÖRPƏ

Körpənin çəkisi

02.06.2012 15:46
Uşaq dünyaya gəldikdən sonra ilk 6 ay onun inkişafının ən yaxşı barometri onun çəkisidir. Çəkisini normal artıran körpə sağlam körpə hesab olunur. Bəs doğru çəki necə hesablanmalıdır?
Uşağın bədən çəkisini hesablamaq üçün xüsusi formul mövcuddur. 1 ayından 6 ayına qədər uşağın ilkin bədən çəkisinin üzərinə ayların sayını 800-ə vurmaqla alınan nəticəni əlavə etmək lazımdır. Məsələn, uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 2 ayında onun bədən çəkisi 4600 q olmalıdır. 7 ayından 12 ayına qədər olan müddətdə isə ilkin çəki üzərinə 6-ya vurulmuş 800 q və ikinci yarımillikdə ayların sayına vurularaq 400 q əlavə olunur.
Uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 8 aylığında onun bədən çəkisi nə qədər olmalıdır?
3000+(800*6)+(400*2)=3000+4800+800=8600 qr.

KULINARIYA

Kartof şorbası

02.06.2012 15:41
İçindəkilər:(4 porsiya)
- 4 kartof
- 1 soğan
- Bitki və kərə yağı
- 1 yemək/qaşığı un
- 1 litr mal əti bulyonu
- 1 stəkan krema
- duz-istiot

Hazırlanması:
Soğanı kərə yağında qızarana qədər qovurun. Sonra üzərinə un əlavə edib qovurmağa davam edin. Un və soğanlar qovrulduqdan sonra üzərinə bulyon əlavə edib soyulmuş kartofları içinə tökün. Bişdikdən sonra blenderdən keçirin, duz-istiot əlavə edin. Kremanı da tökdükdən sonra 5 dəqiqə odun üstündə qarışdırın və altını söndürün. Üzərinə təzə və ya qurudulmuş nanə səpərək isti-isti süfrəyə verin.
Nuş olsun!

MODA

Tom Forddan aksesuar kolleksiyası

02.06.2012 15:27
Yarattığı hər kolleksiya ilə sensasiyaya səbəb olanTom Ford markası yeni aksesuar kolleksiyası ilə yenə də ənənələrinə sadiq qaldı. Çanta və bəzək əşyalarından ibarət olan bu kolleksiya öz parıltısı ilə gözləri qamaşdırır. Klatç çantaları da ən az sırğa və qolbaqları qədər gözlərimizi qamaşdırır. Bir sözlə Tom Forddursa almağa dəyər.

KINO

Pis vərdişi olmayan atalar

02.06.2012 14:50
Ölkə: Fransa
İl: 2011
Rejissor: Ailəni seçmirlər
Baş rollarda: Kristian Klavye, Jan Reno, Müriel Roben, Elena Noquerra
Janr: komediya, macəra
Yaş məhdudluğu: 12 yaşa qədər

Lesbos cütlüyü, Aleks və Kim, 5 yaşlı Maylini qızlığa götürmək istəyirlər. Problem ondadır ki, Mayli Taylandda yaşayır və bu ölkənin qanununa görə, onu qəbul edən valideynlər normal ər-arvad cütlüyü olmalıdırlar. Aleks, öz qardaşı Sezar Bronyolinini, müflisləşmiş avtomobil dilerini, fırıldağa sövq edir: o Kimlə Taylanda getməlidir, onun əri olduğunu təsvir etməli və qızı oradan götürməlidir.  Lakin,  Kim və Sezar kimi, bu dərəcədə bir-birinə uyğun olmayan insanları çətin tapmaq olar.Və doktor Luisdə, qızın maraqlarını təmsil edən tərəfdə, şübhələr yaranmağa başlayır.
7 iyundan etibarən şəhərimizin kinoteatrlarında.

STAR STYLE

Rihanna style

02.06.2012 14:45
Tez-tez imicini dəyişən Rihannanın stilini yaxalamaq imkansızdır. Saçlarının rəngini də, geyim tərzini də çox sürətlə dəyişən Rihannanın son görünüşü qarşınızdadır. Qara rəngdən sonra yenidən sarı rəngli saçlara dönən Rihannanın başındakı papağı DSquared markasına, qara tunikası isə  Ksubi LS brendinə aiddir.

MARAQLI XƏBƏR

Guccidən eko-eynəklər

02.06.2012 14:34
Məşhur moda evi Gucci Ekoloji təmiz eynəklərini təqdim edib. Bu eynəklərin çərçivələrinin hazırlanmasında "Yaş ağac" adlanan materialdan istifadə olunub. Plastiki əvəz edən bu yeni materialın əmələ gəlməsi üçün yüz illər lazımdır.Gucci evi bu materialı optika sahəsinə gətirən ilk brenddir. Daha öncə "yaş ağac"dan optika sahəsində heç kim istifadə etməmişdir. Hər bir eynəyin modelində Gucci evinin qeyri-adi dəsti xətti özünü büruzə verir. Modellərin bir çoxu "unisex"dir. Yəni həm qadınlar, həm də kişilər tərəfindən istifadə oluna bilər. Kolleksiya özündə həm adi, həm də tonlaşdırılmış şüşələri olan eynəkləri birləşdirir.

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Tom Ford Beauty Cosmetics Collection

02.06.2012 14:22
Məşhur moda evi  Tom Ford son kosmetik kolleksiyası ilə bütün sevənlərini yenədə heyran qoymağı bacardı. Müxtəlif və canlı rəng palitrası, mövcud olan bütün rənglərin çalarlarının yer aldığı bu kolleksiyada hər zövq və yaşda olan xanım üçün uyğun məhsullar var. Dodaq boyasından, göz qələminə, habelə 6 rəngli ənlik və 5 müxtəlif çalarlarda olan kirşanları ilə dop dolu bir kolleksiya təqdim edən Tom Ford brendi həqiqətən yüksək qiymətə layiqdir. Bununla yanaşı dodaq parıltısı və müxtəlif hər qutusunda 4 rəng olan göz kölgələri xüsusiylə seçilir. Bu göz kölgələrinin seçimini Ford şəxsən özü edib. Hər qutuda 4 rəng olan bu kölgələrin biri azacıq görünən, biri atlas teksturalı, biri zərli, biri isə mat makiyaj üçün nəzərdə tutulub. Bunlarla yanaşı makiyaj təmizləmək üçün olan tonik və südlər də bu kolleksiyada yer alıb.

MARAQLI XƏBƏR

295 dollarlıq qamburger

31.05.2012 14:18
ABŞ-da bir restoranda İngiltərədən gətirilən pendir və balıq kürüsüylə hazırlanan ət üzərinə qızıl diş çöpü yerləşdirilərək təqdim olunan qamburgerin qiyməti nə az nə çox düz 295 dollardır. Bu qamburgeri yemək istəyən şəxs bir gün öncədən sifariş verməlidir. Onu da qeyd edək ki, bu qamburger qiyməti ilə "Guinness rekordlar" kitabına girməyi bacarıb.

ANA VƏ KÖRPƏ

Körpənin yuxusu

30.05.2012 16:00
Həyatının ilk günlərində körpə günün çox hissəsini yuxuda keçirir. Oyandığı zaman isə, ona dadlı süd, ananın qucağı, ünsiyyət, yeni təəssüratlar və quru bələk lazımdır. Belə şəraitdə körpə yaxşı böyüyür və inkişaf edir.
Yeni doğulmuş körpə daima anasının yanında olmasını ustəyir. Bu ona özünü daha yaxşı hiss etmək imkanı verir. Qarnınızda olduğu kimi ürəyinizin səsini eşitmək, doğma ətri ala bilmək onu sakitləşdirir.
Buna görə də müasir pediatrlar onu tez – tez qucağınıza götürməyi, bir yerdə yatmağı məsləhət görürlər. Bu zaman uşağa zərər yetirəcəyinizdən qorxmayın. Çünki, analar sayıq yatır və hətta körpənin dərindən aldığı nəfəsi də eşidə bilirlər. Bir yerdə yatmaq sizə üstünlüklər verəcək. Məsələn, gecələr körpənin üstünü örtmək, bezini dəyişmək kimi halları həll etmiş olacaq, eləcə də qidalanma prosesini sadələşdirmiş olacaqsınız.
Bir az böyümüş körpəni öz yatağına öyrəşdirin. Əgər körpənin gözləri yumulursa, onu yatağına uzadın, belini tumarlayın və astadan zümzümə edin. Anasının yanında olduğunu bilən körpə daha tez yuxuya gedir.
Sakit, möhkəm yuxu üçün aşağıdakı prosedurları da etmək məsləhətdir.
Çimdirmə. Çobanyastığı və nanə dəmləyin. Onların həlimi sinir sisteminə müsbət təsir göstərir. Körpəni bu ilıq suda çimizdirin.
Masaj. Yüngül toxunuşlar onu ralatladır. Bütün bədənini - ovucunu, dabanını və barmaqlarını unutmamaq şərtilə - masaj edin. Qarnın masajına xüsusi diqqət yetirin: qarın üzərində dairəvari hərəkərlər sancıların profilaktikası üçün yaxşı vasitədir.
Qidalanma. Adətən yeməkdən sonra yuxu gəlir. Körpə üçün bu daha aktualdır, çünki o, əmərkən çox güc sərf edir. Qidadan sonra onu şaquli vəziyyətdə tutun ki, artıq qazlar çıxsın. Yoxsa, sancılar ona yatmağa imkan verməyəcək.
Körpənin şirin yuxusu həm də onun yatağının rahatlığından asılıdır. Bunun üçün:
*Onun yatdığı otağın havasını dəyişin. Başının altına yastıq qoymağa tələsməyin, çünki körpələr 1 yaşadək düz səthdə yatmalıdırlar.
*Otağı yarıqaranlıq edin, ya da gecə lampasını yandırın.
*Yuxu körpə üçün daha şirin olsun deyə, onun üçün laylalar yazılmış disk qoyun, ya da özünüz oxuyun.

KINO

Сəngavər: əfsanənin qayıdışı 3D

30.05.2012 15:55
Ölkə: ABŞ, Böyük Britaniya
İl: 2012
Rejissor: Kristofer Nolan
Baş rollarda: Kristian Beyl, Tom Hardi, Liam Nisson, Cosef Qordon-Levitt
Janr: savaş, triller, drama, kriminal
Yaş məhdudluğu: 12 yaşa qədər

Öz nüfuzunun və Qotem departamentinin nüfuzunu qorumaq üçün, dairə hakimi Harvi Dentin ölümündən sonra, onun cinayətlərinə görə məsuliyyəti, Betmen öz üzərinə götürür. Səkkiz ildən sonra, şəhəri,  zalım Beyndən qorumaq və “sehirli” Selina Kayl haqqında həqiqəti bilmək üçün, Betmen qayıtmalı olur.

26 iyuldan etibarən şəhərimizn kinoteatrlarında.

LƏTIFƏLƏR

Dəlilər

30.05.2012 15:41
Dəliyəm mən?
Bir gün ruhi xəstəxananın həyətində bir dəli əl arabasını tərsinə çevirərək sürməyə çalışırdı. Bunu görən həkim:
- Dur nə edirsən? Elə deyil tərsinə çevirmisən düzəlt sonra sür.
deyir. Dəli ucadan gülərək cavab verir:
- Dünən siz dediyiniz kimi sürdüm sonra axşama qədər qum daşıtdırılar. Dəliyəm elə sürüm?

13 13 13
Dəlinin biri bir gün uçurumun kənarında duraraq:
- 13 13 13 13 13
deyə qışqırırmış. Bunu görən bir yoldanötən yaxınlaşaraq nə etdiyini soruşmaq istəyirdi ki, dəli o adamı uçurumdan aşağı itələmiş və
- 14 14 14 14
deya qışqırmağa davam etmiş.

Qənd
İki dəli hovuzun kənarında oturub söhbət edirdilər. Birdən dəlinin biri bir qənd götürərək hovuza atır və dadına baxır.
- bu heç şirin olmayıb ki?
- ay dəli qəndi atıb qarışdırmadın axı.

MODA

Rus nağılı

30.05.2012 15:06
Keçən ilin sonlarına yaxın "Axenoff Jewellery" adlı debyüt kolleksiyasını təqdim edən Petra Aksenovanın bu kolleksiyasıyla daha yaxından tanış olaq. Bu kolleksiya rus ənənəvi naxışlarının hakim olduğu bir kolleksiyadır. Rus çarlarının  uzun illər boyunca istifadə etdikləri aksesuarlar və eləcə də aksesuarlardakı naxışlar bu kolleksiyada özünə yer tapıb.