Sunday, June 3, 2012


ANA VƏ KÖRPƏ

Körpənin yuxusu

30.05.2012 16:00
Həyatının ilk günlərində körpə günün çox hissəsini yuxuda keçirir. Oyandığı zaman isə, ona dadlı süd, ananın qucağı, ünsiyyət, yeni təəssüratlar və quru bələk lazımdır. Belə şəraitdə körpə yaxşı böyüyür və inkişaf edir.
Yeni doğulmuş körpə daima anasının yanında olmasını ustəyir. Bu ona özünü daha yaxşı hiss etmək imkanı verir. Qarnınızda olduğu kimi ürəyinizin səsini eşitmək, doğma ətri ala bilmək onu sakitləşdirir.
Buna görə də müasir pediatrlar onu tez – tez qucağınıza götürməyi, bir yerdə yatmağı məsləhət görürlər. Bu zaman uşağa zərər yetirəcəyinizdən qorxmayın. Çünki, analar sayıq yatır və hətta körpənin dərindən aldığı nəfəsi də eşidə bilirlər. Bir yerdə yatmaq sizə üstünlüklər verəcək. Məsələn, gecələr körpənin üstünü örtmək, bezini dəyişmək kimi halları həll etmiş olacaq, eləcə də qidalanma prosesini sadələşdirmiş olacaqsınız.
Bir az böyümüş körpəni öz yatağına öyrəşdirin. Əgər körpənin gözləri yumulursa, onu yatağına uzadın, belini tumarlayın və astadan zümzümə edin. Anasının yanında olduğunu bilən körpə daha tez yuxuya gedir.
Sakit, möhkəm yuxu üçün aşağıdakı prosedurları da etmək məsləhətdir.
Çimdirmə. Çobanyastığı və nanə dəmləyin. Onların həlimi sinir sisteminə müsbət təsir göstərir. Körpəni bu ilıq suda çimizdirin.
Masaj. Yüngül toxunuşlar onu ralatladır. Bütün bədənini - ovucunu, dabanını və barmaqlarını unutmamaq şərtilə - masaj edin. Qarnın masajına xüsusi diqqət yetirin: qarın üzərində dairəvari hərəkərlər sancıların profilaktikası üçün yaxşı vasitədir.
Qidalanma. Adətən yeməkdən sonra yuxu gəlir. Körpə üçün bu daha aktualdır, çünki o, əmərkən çox güc sərf edir. Qidadan sonra onu şaquli vəziyyətdə tutun ki, artıq qazlar çıxsın. Yoxsa, sancılar ona yatmağa imkan verməyəcək.
Körpənin şirin yuxusu həm də onun yatağının rahatlığından asılıdır. Bunun üçün:
*Onun yatdığı otağın havasını dəyişin. Başının altına yastıq qoymağa tələsməyin, çünki körpələr 1 yaşadək düz səthdə yatmalıdırlar.
*Otağı yarıqaranlıq edin, ya da gecə lampasını yandırın.
*Yuxu körpə üçün daha şirin olsun deyə, onun üçün laylalar yazılmış disk qoyun, ya da özünüz oxuyun.

No comments:

Post a Comment