Sunday, May 13, 2012

MODA

Chanel-dən Hindistan sevgisi

08.05.2012 15:03
2012 payız kolleksiyası Chaneli şərqə doğru gətirib. Moda evinin kreativ direktoru Karl Lagerfeld bu kolleksiyanı yaradarkən Tac-Mahalın freskalarından, qızılı məbədlərdən və əlbəttə ki, hind qızlarının gözəlliyindən təsirlənmişdir. Bu kolleksiyaya çantalar, səndəllər, broşlar, qolbaqlar, baletlər, boyun şarfları daxildir. Dizayner rəng seçimində ənənəvi hind rəngləri olan qızılı, qırmızı, gümüşü, boz və fil sümüyü rənglərinə üstünlük vermişdir. Kolleksiyanın ən qeyri-adi məhsulu isə alın bəzəyidir. Hind qadınlarının vazkeçilməzi olan bu aksesuar bu il artıq qərbin də trendi olacaq.

No comments:

Post a Comment