Sunday, May 13, 2012

KULINARIYA

Rulet salatı

10.05.2012 03:20
İçindəkilər:
-2 kartof
-2 kök
-1 çuğundur
-3 duzlu xiyar
-qoz 100 qr
-kişmiş 50 qr
-hisə verilmiş toyuq 200 qr
-limon
-mayonez, xama, duz-istiot
-şüyüd. kahı. pomidor (bəzəmək üçün)

Hazırlanması:
Kartofu. kökü, çuğunduru, sürtgəcdən keçirdirirk. Bunları sıra ilə falqa kağızının üzərinə lay-lay tökürük. Hər layın arasına mayonez, xama vəduz istiot tökürük. Duzlu xiyarı xırda-xırda doğrayıb ən üst qata tökürük.
Hisə verilmiş toyuğu xırda xırda doğrayırıq, soğanla qızardırıq. Sonradan soğan və toyuğun üzərinə kişmiş və xırda doğranmış qoz əlavə edirik .5 dəqiqə biryerdə qovururuq. sonra üzərinə yarım limonun suyunu əlavə edib altını söndürürük. Bu içliyi duzlu xiyarın üstündən tökürük. sonra rulet kimi büküb soyuducuya qoyuruq. Özünü tutandan sonra üzərini zövqümüzə görə bəzəyirirk.
Nuş olsun!

No comments:

Post a Comment