Sunday, May 13, 2012

KULINARIYA

Dadlı alma

08.05.2012 03:45
İçindəkilər:
- 9 alma
- şəkər tozu
- 200 qr qoz
- 2 y/q darçın
- 100 qr qara kişmiş

Kremi üçün:
- 2 y/qaşığı nişasda
- 1 y/qaşığı un
- 200 qr şəkər tozu
- 1litr süd
- vanil
- 1 y/qaşığı kərə yağı

Hazırlanması:
Almaları soyun və kəsmədən ortasını oyaraq tumlarını çıxardın. Qazana qoyun, almaların yarısına qədər üzərinə su tökün, üstünə 2 y/qaşığı şəkər tozu töküb qaynamağa qoyun. Qozu əzin, kişmiş və darçınla qarışdırın. Qaynayaraq nisbətən yumşalmış almaların oyuqlarını bu qarışımla doldurun. Südün içinə nişasta, un, şəkər tozu və vanili əlavə edib qatılaşana qədər qazda bişirin. Qatılaşdıqdan sonra 1 y/qaşığı kərə yağını əlavə edib altını söndürün. içlərini doldurduğmuz almaların üzərinə bu kremi tökün, darçın səpin və xırda qablarda tək adamlıq porsiyalarla süfrəyə verin.

No comments:

Post a Comment