Sunday, April 14, 2013

“Google”dənn ölülərə xidmət


“Google” korporasiyası istifadəçilərə öldükdən sonra hesablarının və oradakı məlumatların aqibətini müəyyənləşdirməyə imkan verən funksiyanı işə salıb. İstifadəçi öz hesabının ayarlarında ölümündən sonra hansı məlumatların, məsələn, hansısa şəkillərin, videoların və ya əlaqələrin etibarlı şəxsə keçəcəyini seçə biləcək.
“Google” həmçinin istifadəçinin elektron ünvanına gələn məktubları da etibarlı şəxsə ötürə və ya onlara avtomatik cavab verə biləcək. Avtomatik cavabın mətnini isə istifadəçi özü əvvəlcədən müəyyənləşdirməlidir.
“Google” istifadəçisi həmçinin ölümündən sonra öz hesabındakı bütün məlumatların dərhal və ya müəyyən müddətdən sonra silinməsinə də qərar verə bilər.
Bir növ, “elektron-vəsiyyət” rolunu oynayacaq “Digital Afterlife” adlı bu yeni funksiya işə düşməzdən əvvəl “Google” korporasiyası onun istifadəçi ilə əlaqə saxlayacaq və əvvəlcədən müəyyən edilmiş müddət ərzində istifadəçidən cavab almasa, onu ölmüş hesab edəcək.