Saturday, May 12, 2012

SAĞLAMLIQ VƏ GÖZƏLLIK

Yay mövsümünün yeni ətirləri

10.05.2012 14:05
Yayın gəlişi ilə biz özümüzə yeni və maraqlı ətirlər axtarışına çıxırıq. Parfümeriya evləri də bizim bu arzularımızı bildikləri üçün yeni məhsullarla ətirpərəstləri sevindirirlər. Yay üçün nəzərdə tutulan ətirlərdən ilk olaraq Donna Karan (DKNY) ətir evinin "Be Delicious" karvanının yeni qoxusu olan " Fresh Blossom Eau So Intens" ətirindən danışmaq istərdik. May qızılgülünün, bənövşənin ətri, müşk və məxməri irislə qarışaraq heyrətamiz bir ətiri ortaya çıxarır.
Ciel ətir evinin yaratdığı yeni ətir Forever Happy Essence adlanır. Bəli yay sevinc deməkdir. Ətirin içində olan sitrus qoxuları ilə yanaşı ətirin içinə Calmosensine kompleksi də daxildir ki, bu da insan bədənindəki endorfinləri (xoşbəxtlik hormonlarının) stimullaşdırır.
Valentino moda evi 2011-ci ildə buraxdığı"Valentino" ətrini yeni qablaşdırmada təqdim edir. Ətir bir qədər şərq stilindədir. Meşə giləmeyvələri, yasəmən və portağal çiçəyinin ecazkar ətri bu parfümdə birləşmişdir.
Givenchy ətir evi incə aristokratik və türk qızılgülü, ənbər eləcə də sitrus qoxularının birləşdiyi "Eau Demoiselle" ətrini təqdim edir. 
Bizim təqdim etdiyimiz yeniliklər sadəcə ən yenilərin bəziləri idi. Yay mövsümü boyunca hər yenili ətirdən xəbərdar olmaq üçün saytımızı daim izləyin.

No comments:

Post a Comment